İtaliyada keçirilən tədbirdə Qarabağ münaqişəsi barədə danışılıb
Tarix: 12.10.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


İtaliyanın Trento şəhərində “Il Nodo di Gordio” beyin mərkəzi tərəfindən dərc edilmiş “Arqonavtların torpağı: Trentino-Alto Adice muxtariyyəti xalqların birgə yaşaması üçün bir model kimi” (Terre degli Argonauti: L’Autonomia del Trentino-Alto Adige come modello per la convinenza tra i Popoli) adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.
 
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən xəbərə görə, kitabda Dağlıq Qarabağ münaqişəsi mövzusuna da yer verilib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın müəllifi olduğu “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoramı: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, eləcə də bir sıra italyan tədqiqatçılarının mövzu ilə bağlı məqalələri dərc edilib.
 
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkənin keçdiyi müstəqillik yolundan danışıb, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info