Ölkəmizdə fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 110 nəfərə çatıb
Tarix: 12.10.2016 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də fərdi şəxsi hesaba malik olmalarına imkan yaradır.
Sistemdə qeydiyyatda olan əcnəbilərin sayı cari ilin sentyabr ayında 274 nəfər, yanvar-sentyabr aylarında isə 5 248 nəfər artıb. Bu ilin 01 oktyabr tarixinə fərdi uçot sisteminin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 110 nəfər təşkil edib ki, onlardan 88,3 faizi kişilər, digərləri qadınlardır.
Hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə (15 387 nəfər), Gürcüstan (3 222 nəfər) və Rusiya (1 901 nəfər) vətəndaşları tutur. Sistemdə həmçinin Özbəkistan (1756 nəfər), Hindistan (1409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər), Pakistan (695 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213) və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər.
Əcnəbilərin məcburi dövlət sosial sığorta haqqına cəlb olunaraq fərdi şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradılması həmin insanların gələcəkdə pensiya və digər sosial təminat hüquqlarına malik olmalarına əsas formalaşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info