Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Tədbirlər Planı təsdiqlənib
Tarix: 12.10.2016 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Prezident dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir.
Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. Bu gün müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların və çoxsaylı mətbu orqanlarının fəaliyyət göstərməsi, vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik ab-havanın başlıca göstəricilərindəndir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma biz hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları şəraitində nail olmuşuq. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həmin münaqişənin sülh yolu ilə həllinə yönəlmişdir. Bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən qəbul olunan müvafiq qərarlara baxmayaraq, hələ ki Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhə nail olmağa imkan vermir. Ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini artırmışdır. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi. Postneft dövrünə qədəm qoymuş Azərbaycan iqtisadiyyatın bütün sahələrində ciddi islahatlar aparır. Ölkənin yol-nəqliyyat şəbəkəsi əsaslı şəkildə yenidən qurulur, dəmiryol nəqliyyatı müasirləşdirilir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri formalaşdırılır. Paytaxtla yanaşı, bölgələrdə də beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir standartlara uyğun dəniz ticarət limanı fəaliyyətə başlamışdır. Yeni texnologiyalar əsasında tikilən sənaye müəssisələri metallurgiya, maşınqayırma, inşaat materiallarının istehsalı və digər sahələrin sürətli inkişafı üçün maddi-texniki baza yaradır. Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədi ilə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq. Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info