Mariya Joao Lopes Kardoso: “Naxçıvan Muxtar Respublikası zəngin turizm potensialına malikdir”
Tarix: 12.10.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasına səfərim zamanı bir sıra əhəmiyyətli görüşlər keçirdim. Muxtar respublikanın səhiyyə, informasiya texnologiyaları, enerji, meliorasiya sahələrində qazandığı nailiyyətlər barədə məlumat aldım, bu sahələrdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik.
Bunu muxtar respublikaya ikigünlük səfərinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verən Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso deyib.
Diplomat qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar regionları arasında əlaqələrin qurulması, həm Azərbaycan, həm də Portuqaliya üçün müsbət nəticələr verə bilər: “Mən turizm sahəsində qurulacaq əlaqələri xüsusi qeyd etmək istərdim. Çünki Portuqaliya turizm sahəsində böyük təcrübəyə malikdir. Portuqaliyanın 10 milyon əhalisi olmasına baxmayaraq, 2015-ci ildə 17 milyon turist qəbul edib. Bu, əhəmiyyətli bir rəqəmdir. Naxçıvanın da zəngin turizm potensialı var. Buna görə də Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar regionları arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin yaxşı perspektiv vəd edəcəyinə inanıram”.
Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili bildirib ki, o, Naxçıvanqala, Möminə xatın, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub. Diplomat deyib ki, abidələrin qədimliyi, gözəlliyi, bu günə qədər qorunub saxlanması onu valeh edib: “Möminə xatın türbəsini Hindistanda yerləşən Tac-Mahal türbəsinə bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər iki abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub. Naxçıvanqala da diqqətimi cəlb etdi. Biz Portuqaliyada belə abidələrdə mədəni tədbirlər keçiririk. Öyrəndim ki, Naxçıvanqalada da müxtəlif səpkili mədəni tədbirlər, o cümlədən festivallar keçirilir. Bu, çox müsbət haldır. Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığımız da maraqlı oldu. Yeraltı tuneldə yerləşən xəstəxananı gəzərkən buranın havasının insana çox müsbət təsir göstərdiyini gördüm”.
Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində də olduğunu bildirən xanım Mariya Joao Lopes Kardoso qeyd edib ki, muxtar respublikada istehsal edilən çeşidli məhsullar onun diqqətini cəlb edib. Xüsusən keyfiyyəti, faydalılığı və dadı ilə seçilən “Sirab”, “Badamlı” kimi mineral suların Naxçıvanda istehsal olunması bu diyarın təbii sərvətlərlə zəngin olduğunu göstərir.
Muxtar respublikada qonaqpərvərliklə qarşılandığını vurğulayan diplomat deyib: “Yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Mən Naxçıvanı çox sevdim. Bundan sonra da Naxçıvana gəlmək arzusundayam. Ancaq tək yox, bu dəfə Portuqaliyadan olan qonaqlarla birlikdə gələcəyimə ümid edirəm. Bundan sonra Portuqaliyadan istər dövlət xadimləri, istər sənətçilər, istərsə də biznes nümayəndələri Bakıya gəldiyi zaman onlara tövsiyə edəcəyəm ki, Naxçıvana da gəlsinlər. Çünki bu səfərimdən sonra tam əminəm ki, onlar burada etibarlı tərəfdaşlar, dostlar qazanacaqlar”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info