“Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr müxtəlif güc mərkəzlərinin qarşıdurmasında, çox vacibdir”
Tarix: 12.10.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Putin-Əliyev-Ərdoğan, eləcə də Putin-Əliyev-Ruhani üçtərəfli formatları sülh və sabit region yaratmaq üçün ciddi irəliləyişin olduğunu göstərir”.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, bu sözləri səfir Polad Bülbüloğlu “Vestnikkavkaza” agentliyinə müsahibəsində bildirib.

Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını, əldə olunan anlaşmaları və tədbirə dünya ictimaiyyətinin böyük marağını şərh edən səfir deyib ki, təkcə Dağlıq Qarabağ problemi həll olunmamış qalıb: “Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb. Rusiya və Türkiyə ilə böyük əlaqələri olan bir qardaş ölkə kimi bizi onların münasibətlərində 180 dərəcə dönüş yaranması çox şad edir. Bu gün iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar bir müddət əvvəl televiziya ekranlarından Türkiyəyə və onun prezidentinə hədyanlar yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalıdırlar və anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr region və dünya üçün, xüsusilə də müxtəlif güc mərkəzlərinin qarşıdurmasında, çox vacibdir. Mən şəxsən bu görüşü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, bizim ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəmdir”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info