Yaponiya məktəblərində Azərbaycan dərsləri keçirilir
Tarix: 12.10.2016 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Oktyabr ayının 12-də Tokionun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəsi, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilib.
Nitqini azərbaycan dilində açan Ə. Məmmədov daha sonra yapon dilində ilk öncə Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verib. Seminarda ümumillikdə 70 nəfər iştirak edib.
Azərbaycanda İslam dininə inanan insanların çoxluq təşkil etməsini bildirən Ə. Məmmədov qeyd edib ki, Azərbaycanda din və siyasət bir-birindən ayrıdır. Bu isə öz növbəsində digər dinlərin nümayəndələrinin özlərini tam rahat hiss etməsinə şərait yaradır. Ölkə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına rəğmən burada çoxsaylı millətlərin nümayəndələrinin bir-biri ilə dostluq və əminamanlıq şəraitində yaşamaları xüsusi ilə vurğulanıb. O qeyd edib ki, Azərbaycan dünya ölkələri üçün toleyrantlıq nümunəsi ola bilər.
Azərbaycanın təbii sərvətlərlə zəngin olduğunu qeyd edən Ə. Məmmədov ölkənin zəngin neft və qaz yataqları haqqında geniş məlumat verib və bu sərvətlər nəticəsində ölkə iqtisadiyyatının gözəçarpacaq dərəcədə sürətli inkişafa nail olduğunu qeyd edib.
Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspora rəhbəri bildirib ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkənin kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilib.
Ə. Məmmədov bildirib ki, azərbaycanlıların tarixi sadəcə ölkə daxilində yaşayan insanlarla məhdudlaşmır. Azərbaycanlılar tarixi bir neçə əsr ərzində bütün dünyaya yayılıb. Tarixən bütün dünyaya səpələnən azərbaycanlıların xarici ölkələrdə fəal şəkildə diaspora fəaliyyəti ilə məşğul olduğu haqqında məlumat verən diaspora rəhbərimiz bu işdə Dünya Azərbaycanlıları Assambleyasının xüsusi rol oynamağa başladığını qeyd edib. O bildirib ki, yeni yaranmasına baxmayaraq, Dünya Azərbaycanlıları Assambleyası bir çox uğurlara imza atıb və bu təkcə dünyanın ayrı-ayrı ölkələrində deyil, həm də Azərbaycanda geniş müzakirə predmetinə çevrilib. DAA-nın əsas ofisinin Almaniyada yerləşdiyini qeyd edən Ə. Məmmədov bildirib ki, bu təşkilat ətrafında dünyanın ayrı-ayrı ölkələrində kifayət qədər böyük işlər görmüş biznes adamları, yüksək təhsilli tələbələr cəmləşib. Əsas məqsədi dünyada Azərbaycanın tanıdılması, onun haqqında müsbət rəyin formalaşdırılması, Azərbaycanın dostlarının sayının artırılması və bu yolla Azərbaycan həqiqətlərinin çatdırılmasıdır.
Diaspora rəhbərimiz sonda xüsusilə son 3 ildə sürətli inkişaf yolu keçmiş Yaponiya-Azərbaycan əlaqələri haqqında məlumat verərək bildirib ki, son illər xüsusilə mədəni əlaqələr və iki ölkə arasında insan mübadiləsinin sürətlənməsi xoş haldır.
Hər iki ölkə arasında yüksək səviyyəli insanların qarşılıqlı səfərləri haqqında danışılıb. Ə. Məmmədov bu işdə xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin Sədri Oktay Əsədov, Baş Nazirin müavini Əli Həsənov, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun Yaponiyaya səfərləri, Yaponiya tərəfdən isə Baş Nazirin müavini eyni zamanda maliyyə naziri Taro Asonun, nazir Amari Akiranın və digər yüksək rütbəli şəxslərin səfərlərinin xüsusi əhəmiyyət daşıdığını və iki ölkə arasında siyasi sferada yaxınlaşmanın olmasından xəbər verdiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycanla bərabər Sinqapur, Avstraliya, Hindistan, İsveçrə, Çin, Cənubi Koreya, Gürcüstan, Özbəkistan və İrandan olan doktorant tələbələr də fəal şəkildə ölkələrini təmsil edib.
Ə. Məmmədov qeyd edib ki, bu dərslər artıq bir ənənə halını almaqdadır. Tokio məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı analoji dərslərin keçirilməsi və yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması planlaşdırılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib
23.08.2019
Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info