Belarus Respublikasının səfiri universitetdə
Tarix: 12.10.2016 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitet kampusu, maddi-texniki bazası ilə tanış olan beynəlxalq diplomata Elektrik və maqnetizm laboratoriyasındakı müasir cihaz və avadanlıqlar, universitetin müasir elektron təhsil şəbəkəsinin idarə olunduğu İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, Universitet televiziyası, “Nuhçıxan” radiosunun fəaliyyəti qonaqda xüsusi maraq doğurub. Səfir Universitet televiziyasına müsahibə verib. Görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada elm,təhsil sahəsində qazanılan nailiyyətlər, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Naxçıvan Dövlət Universitetində dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar vardır. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini müxtəlif Avropa ölkələrinin tanınmış ali məktəblərində uğurla davam etdirirlər. Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi barədə də danışıb. Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Azərbaycan-Belarus arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib, ikitərəfli münasibətlərin inkişafında digər sahələrlə yanaşı elm, təhsil sahəsində tərəfdaşlığın da zəruriliyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə səy göstərəcəyini bildirib. Görüş zamanı elm, təhsil sahəsində əməkdaşlığın təməlini qoymaq üçün müəyyən razılıq əldə olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info