Televiziya sosial inkişafa zərər vermirmiş
Tarix: 27.03.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Buna baxmayaraq, mütəxəssislər uşaqların televiziya izləmə
saatlarının məhdudlaşdırılmasının lazım olduğunu düşünürlər
“Aa.com.tr” saytının yaydığı məlumatda bildiriluir ki, yeni bir araşdırma, uşaqların hər gün televizor izləməsinin onların sosial inkişaflarına sanıldığı qədər mənfi təsir etmədiyini ortaya çaxarıb. İngilis Sağlamlıq Araşdırmaları Şurası 5 yaşındakı 11 mindən çox uşaq üzərində etdiyi araşdırmada, pis davranışları televiziya izləməklə əlaqələndirmənin doğru olmadığı nəticəsinə gəlib.
Qeyd edək ki, araşdırma “Archives of Diseases in Childhood” (“Uşaq xəstəlikləri Arxivi”) jurnalında nümayiş olunub. Jurnalda bu iki ünsür arasında kiçik bir əlaqə olduğu bildirilsə də, valideynlərin tərzləri kimi digər ünsürlərin bu mövzuda daha təyinedici ola biləcəyi ifadə edilib.
Araşdırmaçılar yenə də uşaqların televiziya izləmə saatlarının məhdudlaşdırılmasının lazım olduğunu düşünür və zorakılıq əks etdirməyən, təlimatçı proqramların gündə 2 saatdan çox izlənilməməsi təklifini verirlər. Uşaqların hər gün televiziya qarşısında zaman keçirməsi tapşırıqetmə, yoldaşlarla oynama kimi digər fəaliyyətlərə ayıracaqları zamanı oğurlaya bilir.
Mütəxəssislər uşaqların kiçik yaşda televiziya izləməsinin 7 yaşına gəldiklərində diqqət problemlərinə yol aça biləcəyi xəbərdarlığını edirlər. Amma araşdırma tapıntılarına görə 5 yaşında ikən gündə 3 saatdan çox televiziya izləyən bir uşaqda 7 yaşına gəldiyində az da olsa, sosial və davranış problemləri görülə bilir.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info