“Azərbaycan millisi ilə görüş qrupun top-oyunu olacaq”
Tarix: 12.10.2016 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu birinci pillədə başa vurmaqdır. İddiamızı sonadək davam etdirəcəyik”. “DPA” xəbər verir ki, belə bir açıqlama ilə futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv çıxış edib.
Löv Şimali İrlandiya ilə (2:0) qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millimizin çıxışına da münasibət bildirib. Əlli altı yaşlı mütəxəssis Robert Prosineçkinin komandasından çəkindiklərini etiraf edib: “Məqsədimiz bəllidir və buna nail olmaq üçün arxayınlaşmadan mübarizəmizi sonadək davam etdirəcəyik. Bunun üçün də stabilliyi qorumaq vacibdir. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdir. Gələn ilin martında onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top-oyunu olacaq”. 2018-ci il Dünya Çempionatının seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan “Bundesteam” ilk üç turdan sonra 9 xalla “C” qrupuna başçılıq edir. Almanların ən yaxın izləyicisi isə aktivində 7 xal olan Azərbaycan millisidir. Qeyd edək ki, Azərbaycan-Almaniya matçı beşinci tur çərçivəsində martın 26-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info