“Tərcümədə problem olub, məni düz başa düşməmisiniz”
Tarix: 13.10.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Komandamız qol vurmaq istəyirdi. Əfsuslar olsun ki, son zərbəni qola çevirə bilmirdik”. Bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizi qəbul edən çexlər meydandan qolsuz bərabərliklə ayrılıblar.
Matçdan sonra keçirilən mətbuat konfransında Yarolim bunları deyib: “Azərbaycan yığmasının qapıçısı bir neçə dəfə qol vurmağımıza mane oldu. Bunun üzərində işləyəcəyik. Hücumu qolla nəticələndirməyi bacarmalıyıq. Qol imkanlarını düzgün dəyərləndirməliyik. İlk 10 dəqiqədəki pressinqdən istifadə etsəydik, nəticə başqa cür ola bilərdi. Milli klubdan fərqlənir. Klublarda səhvləri düzəltmək üçün vaxt olur. Millidə isə bu baxımdan vaxt azlığı ilə üzləşirsən. İnanıram ki, futbolçularım öz üzərlərində işləyəcəklər”. Məşqçi “demişdiniz ki, Robert Prosineçkini məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyırsınız. Xorvatiyalı özünü sizə məşqçi kimi də tanıda bildimi” sualını belı cavablandırıb: “Yəqin ki, anlaşılmazlıq olub. Mən deməmişəm ki, Prosineçkinin məşqçi kimi perspektivi yoxdur. Sadəcə, onu daha çox sabiq futbolçu kimi tanımışam. Amma Prosineçkini məşqçi kimi də tanıyıram. Onun işini bəyənirəm. Bilirəm ki, həmişə intizamlı məşqçi olub. Görünür, tərcümədə problem olub, məni düz başa düşməmisiniz”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info