“Biz Avropada demokratiyanın məhv olmasının şahidlərinə çevrilməkdəyik”
Tarix: 13.10.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“İslahatlar aparılmayacağı təqdirdə Avropa Birliyinin dağılması realdır”

Polşanın keçmiş baş naziri, hakim “Hüquq və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski Avropa Birliyinin gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirib.
Onun fikrincə, islahatlar aparılmayacağı təqdirdə Avropa Birliyinin dağılması realdır. Almaniyanın “Die Welt” nəşrinə müsahibə verən sabiq nazirin sözlərinə görə, hazırda populistlər Avropada impuls əldə edirlər. Bəlkə də elə bunun nəticəsidir ki, Avropa qitəsində dəyişikliklər baş verməkdədir. Lakin təəssüflə qeyd edilməlidir ki, bu dəyişikliklər yaxşılığa yox, pisliyə doğru gedir: “Almaniyada bu təbliğatı “AdQ” partiyası, Fransada Marin Le Pen, Şimal Liqasında isə Skandinaviyanın populizmlə məşğul olan partiyaları həyata keçirməyə çalışırlar”. Kaçinski artıq antiavropa partiyalarının son illər Avropa Birliyinə üzv ölkələrdə, xüsusən Hollandiya, Yunanıstan və İspaniyada mühüm nüfuz əldə etdiyini iddia edib: “Mövcud vəziyyətlə Avropa Birliyi öz təsiri ilə partlayışa sürüklənə bilər. Biz təcili olaraq Avropa Birliyində islahatlara başlamalıyıq, əks halda, birlikdəki parçalanma qarşısıalınmaz olacaq”. Avropanın genişmiqyaslı problemlərlə qarşı-qarşıya qaldığını bildirən Kaçinski hazırda bəzi siyasi korrekt yanaşmaların söz azadlığına məhdudiyyət yaratdığını önə çəkib: “Biz Avropada demokratiyanın necə məhv olmasının şahidlərinə çevrilməkdəyik. Mənim bu mövzuda Macarıstanın baş naziri Viktor Orbanla Avropadakı əksinqilablarla bağlı fikir mübadilələrimiz olur. Hərçənd biz Polşada bunu azadlıq əldə etmək üçün inqilab adlandırırıq”. Bütün Avropa Birliyi ölkələrinin eyni standartlara hərəkət etməsini lazım bilən Kaçinski öz “təəssüfünü” bildirməkdən də yan keçə bilməyib: “Avropa Şurası Polşadan daha çox birliyə üzv olmayan Türkiyə ilə dostluq münasibətləri qurur. Bu, təbii ki, bizim üçün gözlənilməz haldır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info