“Suriyada BMT karvanına kimin zərbə endirdiyini bilirik”
Tarix: 13.10.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Rusiya Suriyada BMT-nin humanitar karvanına kim tərəfindən zərbə endirildiyini bilir”. Bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunun plenar iclasındakı çıxışında bildirib.
“Rusiya bilir ki, Hələb yaxınlığında BMT-nin humanitar karvanına terrorçu təşkilatlardan biri zərbə endirib. Biz nələrin baş verdiyini bilirik. Bilirik ki, ABŞ da bu barədə bilir, lakin başqa mövqe tutur, Rusiyanı günahlandırır. Bu, işə kömək etməyəcək”, - deyə Putin vurğulayıb. Qeyd edək ki, ötən ayın sonunda Suriyanın Hələb şəhəri yaxınlığında BMT-nin humanitar yük karvanı atəşə tutulub. Bu hadisədən sonra ABŞ Rusiya ilə Suriya münaqişəsi üzrə danışıqlar prosesini dayandırıb. ABŞ humanitar yük karvanının bombalanmasında Moskvanı günahlandırıb. Moskva isə yük karvanının terrorçular tərəfindən bombalandığını bildirib. Putin deyib ki, Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır: “Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi. Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik”. V. Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: “Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə...”





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info