Cənubi Koreya Kim Çen Inı öldürmək üçün xüsusi təyinatlı qoşun hazırlayır
Tarix: 13.10.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Cənubi Koreya şimal qonşusunun hərbi əməliyyatlara başlayacağı təqdirdə KXDR rəhbərliyini və komanda məntəqələrini məhv etmək üçün xüsusi təyinatlı qoşun hissələri yaratmağa başlayıb.
Rusiyanın NTV telekanalı xəbər verir ki, yeni xüsusi təyinatlı qoşunların əsas vəzifəsi KXDR lideri Kim Çen Inı aradan götürmək olacaq. “KXDR-in təxribatlarına qarşı əməliyyatlara” hazırlıq barədə quru qoşunları qərargahının komandanı Çan Çon Qyu məlumat verib. Onun sözlərinə görə, ordu düşmən ərazisinə girib tapşırığı yerinə yetirərək geri dönə bilən xüsusi hərbi hissəyə malik olmaq istəyir. Xüsusi təyinatlı dəstələr 40 nəfəri daşıya və birdəfəyə 600 kilometr məsafə qət edə bilən ən yeni MH-47 tipli helikopterlərlə təchiz olunacaq. KİV-lərin məlumatına əsasən, Cənubi Koreya xüsusi təyinatlı qoşun hissələrini 2018-ci ilədək yaratmağı planlaşdırır. Cənubi Koreyanın Müdafiə Nazirliyi nüvə təhdidi zamanı hazırladıqları plan barədə də məlumat verib. Plan əsas rayonlarda düşmən obyektlərinə raket zərbələrinin endirilməsini, həmçinin düşmən rəhbərliyinin, o cümlədən Şimali Koreya lideri Kim Çen Inın məhvini ehtiva edir.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info