Azərbaycanda Niderland modelində kooperativ yaradılacaq
Tarix: 13.10.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan-Niderland İşgüzar Mərkəz (Business Hub) arasında anlaşma memorandumu imzalanıb.
AMTA-dan bildiriblər ki, memorandumun məqsədi elmi əsaslara dayanan ölkədə aqrar sektorun inkişafı, birgə layihələr və proqramların həyata keçirilməsidir. Bu əməkdaşlıq çərçivəsində Niderlandın qabaqcıl aqrar inkişaf modellərinin öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətlərinin araşdırılması, Azərbaycan və Niderland işgüzar və sahibkarlararası əlaqələrin genişləndirilməsi və Azərbaycana investisiyaların cəlb olunması, Niderlandın kənd təsərrüfatının inkişafında kooperativ model təcrübəsinin öyrənilməsi və Azərbaycanda müvafiq ilk kooperativin yaradılması üzrə işlərin görülməsi planlaşdırılır. Azərbaycan-Niderland İşgüzar Mərkəzin ölkə əlaqələndiricisi Tariyel Mirzəyev iştirakçılara mərkəzin yaranması və məqsədləri haqqında qısa məlumat verərək AMTA ilə bağlanacaq bu anlaşma memorandumun ölkənin aqrar sektorunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev son illər ölkədə aparılan uğurlu və məqsədyönlü aqrar siyasətdən danışaraq, bu islahatların yerli məhsul istehsalçı və ixracatçılarına əlavə güc və həvəs yaratdığını bildirib. Niderlandın tətbiq etdiyi məşhur aqrar inkişaf modeli ilə yaxından tanış olduğunu qeyd edən B.Quliyev bu modelin Azərbaycanın kənd təsərrüfatı sektoru üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, praktiki təcrübələrin öyrənilməsi istiqamətində aparılan işlər yerli meyvə-tərəvəz sektorunda istehsal və ixrac potensialının daha da artmasına gətirib çıxaracaq. Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers memorandumun real və praktiki işgüzar əlaqələr üçün ən yaxşı bir nümunə olduğunu deyib. O.Kervers kənd təsərrüfatı naziri Heydər Əsədovun iki həftə sonra Niderlanda gözlənilən səfəri və bu anlaşma memorandumunun ölkələrimiz arasında işgüzar mühitin genişlənməsinə müsbət töhfə verəcəyinə inandığını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info