7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək
Tarix: 13.10.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən bu ay 7 rayon və şəhərdə (Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. 
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 25-də saat 9:00-dan 13:00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14:00-dan 18:00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, oktyabrın 26-da saat 9:00-dan 13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli rayon şöbəsinin inzibati binasında və saat 14:00-dan 18:00-dək Saatlı rayon şöbəsinin inzibati binasında qeyd olunan şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar. 
 
Səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-də saat 9:00-dan 13:00-dək Sabirabad rayon mərkəzi xəstəxanasında, saat 14:00-dan 18:00-dək nazirlik yanında DSMF-nin Hacıqabul rayon şöbəsinin inzibati binasında, oktyabrın 28-də  saat 9:00-dan 14:00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində davam etdiriləcək.
 
Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış vətəndaşlarla yanaşı, qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslərə ehtiyac duyduqları protez-ortopedik bərpa xidmətləri göstəriləcək. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info