“Asan İmza” Bakıda keçirilən “AICT 2016” konfransında təqdim edilib
Tarix: 13.10.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X Beynəlxalq konfrans keçirilir. İyirmi iki ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyi konfransın işində “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin nümayəndələri də təmsil olunub.
“B.EST Solutions” şirkətindən bildirilib ki, şirkətin təsisçisi Yana Krimpe çıxışında elektron və mobil hökumət quruculuğunda mobil imzanın rolundan bəhs edib. Qeyd edilib ki, dünyada ən təhlükəsiz rəqəmsal identitet texnologiyası olan “Asan İmza”nın elektron xidmətlərdə istifadəsi istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını tamamilə alır. Belə ki, xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə məlum olur.
Y.Krimpe, həmçinin rəhbərlik etdiyi şirkətin Azərbaycanın mobil gücləndirilmiş elektron imza xidmətinin beynəlxalq miqyasda keçirilən nüfuzlu konfrans və sərgi meydançalarında davamlı təbliğatı və innovativ “Made in Azerbaijan” brendi qismində tanıtımı məqsədilə həyata keçirdiyi fəaliyyət barədə də danışıb. Onun sözlərinə görə, Azərbaycanın texnologiyalarını qonşu ölkələrə ixrac etməyin zamanı yetişib və “Asan İmza” heyəti artıq bu istiqamətdə intensiv işlərə başlayıb. Belə ki, bu günlərdə Ukraynada Azərbaycanın “Asan İmza” texnologiyasının bazasında mobil elektron imza xidmətinin tətbiqi ilə bağlı layihə uğurla başa çatdırılıb ki, bu da iki ölkə qarşısında sərhədlərarası elektron xidmətlərin yaradılması sahəsində yeni imkanlar açır.
Tədbir zamanı iştirakçılara vergi, gömrük, maliyyə, təhsil sahələrində “Asan İmza” ilə mümkün olan elektron xidmətlər barədə məlumat verilib, xüsusilə vergi bəyannamələrinin təqdim edilməsi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, mobil imzanın dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə inteqrasiyası, internet və mobil bankçılıq, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı və s. xidmətlər nümayiş etdirilib.
Qeyd edək ki, “Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info