Rumıniyada siyasətə qatılan azərbaycanlı gənc
Tarix: 13.10.2016 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Rumıniyada yaşayan azərbaycanlı gənc bu ölkədə siyasi fəaliyyətə başlayıb. Əvvəllər Rumıniyada ictimai işlərdə aktivlik göstərən Kamran Allahverdiyev bu barədə “Palitra”ya danışaraq bundan sonra ölkənin siyasi həyatına da qatılacağını deyib. O bildirib ki, ölkəmizi Rumıniyada uğurla təmsil edəcək: “Mən 2015-ci ildə ikinci universiteti oxumağı qərara aldım və bunu çox istədiyim siyasət aləminə qatılmaq üçün etdim. Çünki tarixi və siyasəti çox sevirəm. Mənim seçmiş olduğum Babes Bolyai universiteti 1872-ci ildə açılıb. Rumıniyanın ən prestijli universiteti olmaqla yanaşı dünya üzrə öz keyfiyyətini qoruyur. Babes Bolyai Universitetində texniki,maliyyə,coğrafi,psixoloji,pedaqoji,siyasi və s. ixtisas və fakültələr var. Babes Bolyai Universitetində 41.000 tələbə təhsil alır. Oxumaqla yanaşı iş təcrübəm də olub və iş təcrübəmi Azərbaycan səfirliyində etmişəm”. Kamran Allahverdiyev deyir ki, 16 ildir Rumıniyada yaşadığı üçün artıq bu ölkənin konstitusiyasını, qanunlarını, siyasətini və tarixini öyrənə bilib:
“Siyasət adamlarından da siyasətin sirrlərini öyrənmək şansım olub. Hörmətli Emil Boc - keçmiş baş nazir və Cluj şəhərinin bələdiyyə rəhbəri Babes Bolyai Universitetində dərs deyir. Emil Boc çox uğurlu bir iş adamıdır və Cluj şəhərinin inkişafında böyük əməyi olub. Ən böyük müvəffəqiyyətlərindən biri də Cluj şəhərinin 2015 gənclik paytaxtı seçilməsidir və Praqa şəhərindən sonra Avropada ən çox iş şəraiti yaradılan şəhərdir. Şəxsən mənim məsələmə gəldikdə isə siyasət aləminə daxil olmaq üçün Buxarestdəki tanışlarla əlaqələri genişləndirdim və beləliklə Buxarestdə olan cənab Sorin Moldovana-a müraciət etdim. O, National Liberal Partiyasında İdman və Gənclik sahəsi üzrə sədr müavinidir. Mənə çox kömək etdilər, onların sayəsində Rumıniyada siyasətə addımlamaqdayam. Cənab Sorin vasitəsilə Maria Forna ilə də tanış oldum. O Avropa parlamentində və Clujdakı National Liberal Partiyasında səlahiyyətli şəxslərdən biridir. Maria xanım məni Clujdakı səlahiyyətli şəxslərlə tanış etdi və mənim Azərbaycandan gəldiyimi bildirdi. Bundan sonra Əlimdən gələnin ən yaxşısını edərək dövlətimi və millətimi təmsil edəcəyəm”.
Kamran onu da vurğuladı ki, başqa ölkənin vətəndaşının Rumıniyada siyasətə qatılması nadir hallardan sayılır: “Burada ətrafım genişlənir və suriyalı Bashar Molhemi də tanımağa başlamışam. O bu ilki seçimlər nəticəsində Bələdiyyədə sədr müavini seçilib. Hazırda mən sözügedən partiyada sadəcə üzv kimi fəaliyyət göstərəm və bu nəaliyyəti əldə etmək xarici bir vətəndaş üçün çox çətindir. Maraq üçün deyim ki, hər çərşənbə günləri bizim iclaslarımız baş tutur müəyyən məsələləri müzakirə edirik. Bu partiyada 1 suriyalı, 1 italyan var. Ancaq tək azərbaycanlı mənəm. Çalışacağam Azərbaycan adına bəzi işlər görəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO
15.07.2019
Yunanıstan Juan Quaidonu Venesuela dövlət başçısı olaraq tanıdı
14.07.2019
“S-400“ zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info