AŞPA-da Türkiyəni tənqid edən erməni deputatlara sərt cavab verilib
Tarix: 13.10.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.
AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verib. O, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb.
 
S. Seyidov bildirib ki, Türkiyədə terrorçu təşkilat ölkədə mövcud olan demokratik üstünlüklərdən yararlanaraq hakimiyyəti devirmək niyyətində olub: “Bunun mümkün olmadığını gördükdə, onlar hərbi dövlət çevrilişinə əl atdılar. Türkiyə hökuməti və parlamenti hazırda hər şeyi edir ki, ölkədə demokratiyanı bərqərar etsin. Türkiyəli həmkar və dostlarım tam doğru olaraq deyirlər ki, bu gün Türkiyə xalqı demokratiyanın tərəfdarıdır və bu da ölkədə demokratiyanın əsas təminatıdır. Türkiyə hazırda üç təhlükə ilə qarşı-qarşıyadır. Bunlardan birincisi odur ki, ölkə daxilindəki terrorçu təşkilatlar demokratik ab-havadan yararlanmağa çalışır. İkincisi, Türkiyə bu gün yalnız FETÖ-ya qarşı deyil, eyni zamanda ölkədəki demokratik azadlıqları sarsıtmağa çalışan İŞİD və digər terrorçu təşkilatlarla da kəskin mübarizə aparır. Nəhayət, sonuncu təhlükə ölkə daxilindən yox, elə oturduğumuz təşkilatdan gəlir, çünki biz burada ikili standartları müşahidə etməkdəyik. Təsəvvür edin ki, mənim ölkəmin ərazilərini işğal edən bir ölkə Türkiyədə demokratiyanın olmadığını iddia edərək onun ünvanına tənqidlər yağdırır. Bu, qəbuledilməzdir və riyakarlıqdan başqa bir şey deyil”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info