Beyləqanda 8500 hektar pambıq, 1500 hektar şəkər çuğunduru əkiləcək
Tarix: 13.10.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Cari ilin doqquz ayında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 130 milyon manat olub. Məhsul buraxılışının 4,4 milyon manatını sənaye, 69 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. Əsas kapitala 22,8 milyon manat investisiya yönəldilib, 21,3 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Bu barədə Beyləqan rayon mədəniyyət mərkəzində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, hesabat dövründə rayonda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, yol-nəqliyyat infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, abadlıq-quruculuq işləri aparılıb. Beyləqan şəhərinin küçələrinə asfalt örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, İmamverdililər və Xaçınabad kənd tam orta məktəbləri, kənd təsərrüfatı idarəsi üçün binalar tikilib. Kommunal yaşayış binalarının 1688 kvadratmetr dam örtüyü dəmir şiferlərlə əvəzlənib. Şəhərdə 240 yerlik məktəb binasının və 120 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Cari ildə rayonun Türklər, Qaradağlı, Gödəklər, Bünyadlı, Aşıqalılar, Yuxarı Çəmənli, Şərq, Sarısu kənd və qəsəbələri qazlaşdırılıb. Hazırda Əhmədli, Birinci Şahsevən, İkinci Şahsevən, Aşağı Çəmənli, İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin məhsulu üçün rayonda 3958 hektarda pambıq əkilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 2000 hektar çoxdur. Hazırda tarlalarda pambıq yığımı davam etdirilir. 2017-ci ildə rayon ərazisində 8500 hektar pambıq və 1500 hektar şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi
04.06.2020
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
03.06.2020
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info