Erməni təcavüzü Finlandiya mətbuatında
Tarix: 13.10.2016 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Finlandiyanın nüfuzlu gündəlik nəşrlərindən biri olan “Iltalehti” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib.
Qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən Azərbaycan rayonlarına səfər edən finlandiyalı jurnalist Antero Eerola üzün müddət davam edən münaqişədən söz açaraq, bu ərazilərdə yaşayan mülki əhalinin müharibə fəsadlarından əziyyət çəkdiyini diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin Qərb ölkələrində dondurulmuş kimi təsvir olunduğunu vurğulayan jurnalist, əslində asta yanan alovun istənilən vaxt böyük partlayışa səbəb ola biləcəyini yazıb.
Bu ilin aprel ayında münaqişə zonasında şiddətli toqquşmaların baş verdiyini, nəticədə hər iki tərəfdən çoxlu sayda hərbi və mülki şəxslərin həlak olduğunu qeyd edən Antero Eerola zərərçəkənlərin bəziləri ilə söhbətlərini də məqaləsində təsvir edib.
Finlandiyalı jurnalist yazır: “Tərtərin Həsənqaya kəndinin sakini 16 yaşlı Türanə Həsənova müharibə qurbanlarından biri olub. Onun anası Laləzər Həsənova hərbi əməliyyatlar zamanı erməni tərəfinin istifadə etdiyi mərmilərdən qorunmaq üçün qızı ilə birlikdə sığınmaq üçün yer axtarıb”. Gözü yaşla dolan Laləzər deyib: “Birdən anladım ki, Türanə ardımca gəlmir, yaxınlıqda partlayan mərmi onun bədənini iki yerə bölmüşdü”.
Türanənin bacısı Mənsurə isə dağıdılan evini jurnalistlərə göstərib. Antero Eerola düşən mərmilərdən evin damında böyük dəliklər yarandığının, otaqların dağıldığının şahidi olub.
Jurnalist hərbçilərə istinadən vurğulayır ki, bu ev Qrad raket sistemi ilə vurulub. Böyük dağıdıcı gücə malik bu silah növündən mülki yaşayış sahələrinin vurulmasında istifadə halları burada adiləşib.
Qonşu kəndin sakininin evinin də ermənilərin hərbi əməliyyatları nəticəsində dağıdıldığının şahidi olan finlandiyalı jurnalist evin sahibi Əntiqə Bayramovanın dediklərini sitat gətirir. “Burada həyat olduqca çətindir. Hər gün müxtəlif istiqamətlərdən bizə atəş açırlar. Mal-qaramız minalara düşüb ölür. Biz daim qorxu içində yaşayırıq”.
Sonra Antero Eerola yazır: “Baxmayaraq ki, minalardan əsasən heyvanlar ölür, onlar insanlar üçün də təhlükə mənbəyidir. “ANAMA” - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik torpaqları minalardan təmizləməklə məşğuldur, bunun üçün xüsusi texnikadan və təlim keçmiş itlərdən istifadə olunur. Lakin buna baxmayaraq, bu, sonsuz bir işə bənzəyir, ona görə ki, minalar hər yerə yerləşdirilib”.
Daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Antero Eerola bölgədə su problemi barəsində məlumatlandırıb. İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu regionda yaşayan insanlar kənd təsərrüfatı ilə məşğul olurlar. Lakin buraya gələn suyun mənbəyi erməni silahlılarının işğalı altındakı torpaqlarda olduğuna görə onlar bundan sui-istifadə edərək əkin başlayan vaxt suyu kəsirlər, bununla da yerli əhaliyə böyük maddi ziyan vurulur.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən ətraflı söz açan jurnalist, Finlandiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun problemin həlli üçün yaradıldığını, ancaq ötən illər ərzində irəliləyişə nail olunmadığını diqqətə çatdırıb. Minsk qrupunun qeyri-səmərəli fəaliyyətinin Azərbaycanın kəskin narazılığına səbəb olduğunu qeyd edən Antero Eerola BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin olduğunu da vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info