“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuzuncu cildi çapdan çıxıb
Tarix: 13.10.2016 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


“Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. ... Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Lakin bu regionda problemlər və narahatlıq doğuran məsələlər də var. Əsas məsələ isə Ermənistan ilə Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Torpaqlarımızın işğal altında qalması qəbuledilməzdir. Biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin məsələ yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycanın bütün əraziləri, o cümlədən Dağlıq Qarabağ erməni işğalçı qüvvələrindən azad edilməlidir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 30-cu cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2008-ci il mayın 12-də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin şərəfinə rəsmi qəbulda söylədiyi nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin aprelindən iyunadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezidenti ilə danışıqlarına, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif olunmasına, Kiyevdə “Naməlum əsgər” abidəsini, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətinə, Enerji Təhlükəsizliyi Məsələlərinə həsr olunmuş Sammitdə iştirakına, Finlandiyaya rəsmi səfərinə, Finlandiya Prezidenti, parlamentin sədri, Paaskivi Cəmiyyətinin üzvləri ilə görüşlərinə dair materiallar yer alıb.
Bu cilddə dövlətimizin başçısının ölkəmizə səfərə gəlmiş Moldova Prezidenti Vladimir Voronin, İordaniya kralı II Abdullah, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla, habelə Litvanın, Rusiya Federasiyasının, ABŞ-ın, Türkiyənin, Norveçin, Slovakiyanın, İranın, İsrailin, Böyük Britaniyanın və digər ölkələrin rəsmi nümayəndələri, beynəlxalq təşkilatlarda yüksək vəzifəli şəxslər, Nobel Xeyriyyə Fondunun prezidenti ilə görüşlərinə dair materiallar toplanıb.
Nəşrdə dövlətimizin başçısının Azərbaycanın yəhudi icmasına milli hüzn günü ilə bağlı müraciəti, Pravoslav Xristian icmasına Pasxa bayramı münasibətilə müraciəti, eləcə də bəyanatları, çıxış və nitqləri, məktubları da əksini tapıb.
Prezident İlham Əliyevin respublikamızda aparılan quruculuq işləri ilə yaxından tanışlığına, regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasına səfəri zamanı burada turizm və idman mərkəzlərinin, məişət obyektlərinin, xəstəxana və digər mədəniyyət ocaqlarının açılışında iştirakına dair, bu ərəfədə Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla iki qardaş dövlət arasında əlaqələrin inkişafı istiqamətində apardığı müzakirələrə və bir çox digər məsələlərə aid materiallar da bu cilddə yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 30-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info