FHN və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı növbəti tədbir keçirib
Tarix: 13.10.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


FHN Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Bakı şəhərinin ali təhsil müəssisələrində tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaq məqsədilə elmi-praktik konfranslar keçirilir. Konfranslar daha öncə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində uğurla keçirilmişdir.
12 oktyabr tarixində FHN Bakı Regional Mərkəzi və ATGTİ-nin birgə təşkilatçılığı ilə növbəti konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetində “Gənclərin fövqəladə hallardan müdafiəsi diqqət mərkəzində” başlığı altında nəzəri və praktiki hissədən ibarət tədbir həyata keçirilmişdir. Tədbirdə FHN Bakı Regional Mərkəzinin rəis müavini polkovnik Vaqif Teymurov, polkovnik-leytenant Elnur Qasımov, ATGTİ-nin QHT və məktəblərlə iş departamentinin rəhbəri Həsən Əliyev, AMEA-nın idarə heyəti, təcili tibbi yardım və FHN-nin bir çox yanğın və xilasetmə texnikası iştirak etmişdir. Konfransda gənclərə bütün fövqəladə hallar zamanı diqqət edilməsi vacib olan məqamlar, düzgün davranış qaydaları və ilk tibbi yardım öyrədilmişdir. Artıq 6 ildir ki, FHN ilə ATGTİ-nin əməkdaşlığı davam edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info