Dünya Bankı “yoxsulluq həddi”ni niyə dəyişib?
Tarix: 14.10.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Yer kürəsindəki əhalinin 14 faizi yoxsulluq həddindən aşağı yaşayır

Bu gün dünyada yoxsulluq həddində olan ölkələr, gündəlik ehtiyaclarını ödəmək üçün kifayət qədər gəliri olmayan insanlar var. Yoxsulluğun yaranması müxtəlif səbəblərlə bağlıdır. Bunlar, əsasən, iqtisadi, siyasi, ictimai səbəblərlə bağlıdır.
Sentyabr ayında Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak edən liderlər bir müqavilə imzaladılar. Buna əsasən 2030-cu ilə qədər dünyada hazırkı hesablama ilə gündə 1,25 dollardan az gəlirlə yaşayan insanların daxil olduğu həddindən artıq yoxsulluq tamamilə yox ediləcək. Ancaq bu müqavilədən cəmi 10 gün sonra bununla bağlı çox əhəmiyyətli bir dəyişiklik oldu. Qlobal yoxsulluq standartlarını müəyyənləşdirən Dünya Bankı, həddindən artıq yoxsulluq sərhədini gündə 1,25 dollardan 1,90 dollara yüksəltdi.

Məqsəd nədir?
Dünya Bankının bu qərarına etirazla yanaşanların fikrincə, bununla DB həddindən artıq yoxsul əhalinin sayını artırdı. Əslində Dünya Bankının həddindən artıq yoxsulluq həddini artırması ilk dəfə deyildi. 1990-cı ildə həddindən artıq yoxsulluq gündə 1 dollardan aşağı gəlir sahibi olmaq demək idi. Bu rəqəm 2001-ci ildə 1,08 dollar və 2008-ci ildə 1,25 dollar olub. Dünya Bankının həddindən artıq yoxsulluq həddi, dünyanın ən yoxsul ölkələrində minimum həyat xərclərini qarşılayacaq bir gündəlik gəlir həddinə söykənir. Bu, nəzəri bir baxışdır. Əslində isə həddindən artıq yoxsulluğu belə bir ölçü ilə təyin etmək çox çətindir. İqtisadçı Mattias Lindgrenin hesablamasına görə, minimum limit, “yaşamaq üçün lazım olan, əsas qida, su və istiliyi olan sığınacaq imkanı”nı təmin etməlidir. Dünya Bankı bu ehtiyacları, dünyadakı bəzi ən yoxsul ölkələri əsas götürərək müəyyənləşdirir. 1990-cı ildə həddindən artıq yoxsulluq gündə 1 dollar idi. Çin və Hindistanın sürətli inkişafı 2005-ci ildə onların siyahıdan çıxarılması ilə nəticələnib. Bu dəyişiklik dünyadakı həddindən artıq yoxsul əhali sayında yarım milyardlıq dəyişiklik gətirdi. Bu il də yoxsulluq həddi 2005-ci ildə olduğu kimi, 14 Afrika ölkəsi və Nepalın ortalamasıya müəyyənləşdirildi.

Yoxsullar düşünüləndən
daha çox satın ala bilir

Dünya Bankının həddindən artıq yoxsulluq həddini, gündə 1,25 dollardan 1,90-na qaldırması son 25 ildəki ən yüksək artımdır. Dünya Bankı dünyadakı həddindən artıq yoxsul insan sayı təxminini də 2011-ci ildəkindən aşağı çəkib. Həddindən artıq yoxsul əhali sayı 1 milyard 10 milyondan 987 milyona geriləyib. Yəni Yer kürəsindəki əhalinin 14 faizi həddindən artıq yoxsulluq həddindən aşağı yaşayır. Bu, ilk baxışda ziddiyyət təşkil edir. Son araşdırmalar və hesablamalar, yoxsul ölkələrdəki pul vahidlərinin, bu günə qədər təxmin ediləndən daha çoxunu alma gücünə sahib olduğunu göstərir. Yoxsulluq həddini müəyyənləşdirən dollar limiti yüksəlir, ancaq yoxsulların istehlakının dollar dəyəri də yüksəlir. Hesablamalar ikincinin təsirinin birincisindən daha çox olduğunu göstərir. Yəni yoxsullar düşünüləndən daha çox satın ala bilir. Daha az sayda insanın istehlakı gündəlik 1,90 dollardan aşağı düşmüş olur. Bu da Dünya Bankı statistikasına görə, yoxsul sayının azaldığını göstərir.
Dünya Bankı da yoxsulluq həddini 1,90-a qaldırarkən əvvəlcə siyasi məqsəd güdüb. Məqsəd 1 milyard ətrafında olacaq sayın qarşıdakı 15 ildə məzənnə dəyişikliyindən çox da təsirlənməyəcək həddə olmasıdır. “Center for Global Development”in nümayəndələri olan Charles Kenny və Justin Sandefurun da diqqət çəkdiyi kimi, 2005-ci il dollar hesablamasıyla gündə 1,25 dollardan və ya 2011-ci il dollar hesablamasıyla gündə 1,90 dollar gəlirdən aşağı yaşayan insan sayı sürətlə azalır. Ancaq bu, gündə 1,90 dolların insan üçün hələ təhqiredici dərəcədə aşağı bir hədd olduğu gerçəyini dəyişdirmir.
Dünya liderlərinin 2030-cu ilə qədər həddindən artıq yoxsulluğu ləğv etmək qərarının həyata keçməsi tamamilə imkansız deyil. Lakin bu, heç də bir ölkə və ya liderin təkbaşına əldə edə biləcəyi bir nəticə deyil. Sadəcə, dünya ölkələri ortaq səylə buna nail ola bilərlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info