Almaniya Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkir
Tarix: 14.10.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Der Spiegel”: “Üç federal bölgənin baş nazirləri Rusiyaya yeni iqtisadi sanksiya tətbiq edilməsinə qarşıdırlar”

“Der Spiegel” nəşrinin yazdığına görə, Almaniyanın üç şərq federal bölgəsinin baş nazirləri Rusiyaya yeni iqtisad qadağaların tətbiqinə qarşı çıxış ediblər. Onların fikrincə, Moskvaya qarşı cəza tədbiri, hələ ki, heç bir effekt verməyib. Əksinə, Rusiyadan daha çox Almaniya iqtisadiyyatına böyük zərər gətirib.
Xatırladaq ki, nəşrin etirafına görə, Almaniyanın aparıcı siyasətçilərinin bir qrupu Suriyada həyata keçirdiyi əməliyyatlara görə, Moskvanı cəzalandırmağı tələb edirdilər. “Mənim üçün ölkə siyasətçilərinin bu tələbi heç bir əhəmiyyət kəsf etmir” - deyə federal bölgənin baş nazirlərindən biri olan Ervin Zellerinq bildirib. O, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer və vitse-kansleri Ziqmar Qabrielin “Rusiya ilə qadağa dili ilə danışmaq yox, dialoq qurmaq” siyasətinə dəstək verdiyini bildirib: “Almaniya Rusiya ilə sıx əməkdaşlığın bərpasında maraqlıdır. Ona görə də biz Rusiyaya qarşı tətbiq edilmiş qadağaların tezliklə aradan qaldırılması üçün mümkün olan hər şeyi etməyə hazırıq”. Almaniyanın Saksoniya bölgəsinin naziri Anqalt Rayner Xazelof da Rusiyaya qarşı qadağaların effektivliyinin sual altında qaldığını nəzərə çatdırıb: “Bütün qadağalar effektsiz oldu. Bu sanksiyalar bütövlükdə bizim Rusiya şirkətləri ilə qurduğumuz iqtisadi əməkdaşlığımıza böyük zərər vurdu. Fikrimcə, iqtisadi sanksiyaların tətbiqi siyasi məsələlərin həll olmaması səbəbi ilə izah edilməlidir”. Bir daha xatırladaq ki, bir müddət əvvəl Bundestaq Rusiyanın Suriyadakı fəaliyyətinə görə, yeni qadağalar tətbiqi planını təsdiqləyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info