Müxalifət partiyaları yenə bir-birinə qarşı “elektorat ovuna” çıxıb
Tarix: 28.03.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Müxalifət qəzetlərində Ümid partiyasının Səbail rayon təşkilatının 26 nəfər üzvünün partiyadan istefa verərək AXCP-yə daxil olması barədə informasiyalar yer alıb. AXCP-nin mətbu orqanında bu xəbər “AXCP-yə növbəti transfer” adı altında verilib.
Burada diqqət çəkən əsas məqam isə bu transferin digər bir müxalifət partiyası olan Ümid partiyasının 26 nəfər üzvünün AXCP-yə keçməsinin bu partiyanın nüfuzunu artıracaq bir amil kimi qabardılmasıdır. Əslində bu hadisə müxalifət düşərgəsində birliyin, yekdil bir fikrin, mövqeyin yoxluğundan xəbər verir. Çünki AXCP-nin eyni düşərgədə təmsil olunduğu başqa bir müxalifət partiyasını zəiflətmək, eyni zamanda nüfuzuna zərbə vurmaq naminə öz sıralarını genişləndirərək özünü müxalif düşərgənin lideri kimi göstərmək istəyini başqa cür anlamaq mümkün deyil. Bu fakt müxalifət partiyaları arasında vahid bir mövqeyin olmamağı ilə yanaşı, onların arasında çəkişmənin, ixtilafın, ziddiyyətlərin olmasını bir daha sübut edir. Eyni zamanda müxalif partiyalar arasında olan “liderlik davası” onların seçkidə vahid namizədlə çıxış edəcəkləri ilə bağlı verdikləri bəyanatın sadəcə bəyanat olaraq qalacağını deməyə bizə əsas verir. Ölkə üçün belə vacib bir məqamda daxildə olan problemlərini həll edə və ortaya vahid bir mövqe qoya bilməyən, amma dövləti idarə etmək istəyən müxalifət partiyalarından hansı dövlət idarəçiliyini gözləmək mümkündür? Başı daxili çaxnaşmalara qarışan müxalifətin oktyabr ayında keçiriləcək prezident seçkilərində seçicilərdən səs toplayacağı da real görünmür.
Vidadi İsgəndərli:
“Müxalifətdə
xalqın
əksəriyyətinin
səsini əldə edəcək lider yoxdur”

“Müxalifətdə xalqın əksəriyyətinin səsini əldə edəcək lider yoxdur”. Prezidentliyə namizəd Vidadi İsgəndərli bunu mətbuata verdiyi son açıqlama zamanı deyib. Vidadi İsgəndərli müxalifət partiyalarının baş verən proseslərə partiya mağarası psixologiyası ilə yanaşdığını, buna görə əhali arasında sosial bazasının olmadığını qeyd edib. O, həmçinin müxalifət liderləri arasında fikir ayrılıqlarının olduğunu deyib və eyni cəbhədə mübarizə aparanların bir-birilərinin fikirlərinə hörmət etməli olduqlarını bildirib. Vidadi İsgəndərlinin etiraf xarakterli bu bəyanatı fikirlərimizi bir daha təsdiqləyir və müxalifətin artıq öz məğlubiyyəti ilə barışdığını sübut edir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info