Rüstəm Orucov reytinq cədvəlində ilk pillədə qərarlaşıb
Tarix: 14.10.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib. Azərbaycan milli komandası bu statistikada 48 medal qazanaraq 8-ci yerdə qərarlaşıb.
13 qızıl, 9 gümüş və 26 bürünc mükafata sahib olan milli üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında - Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdı. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. Gümüş medal qazandığı Rio Olimpiadasına qədər, o, Kazanda keçirilən Avropa çempionatında və Havana Qran-prisində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhfəsini verib. Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info