Buman: “Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlar region ölkələr üçün nümunədir”
Tarix: 14.10.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının Dayanıqlı İnkişaf üzrə qrup rəhbəri Corc Bumanla və BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti ilə görüş olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev respublikada davamlı sosial-iqtisadi inkişaf şəraitində sosial rifah halının yaxşılaşdırılması, əhalinin sağlamlığının mühafizəsi, insan kapitalının inkişafı, gender bərabərliyi, əhalinin məşğulluğu, layiqli əmək və s. sahələrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
 
İ.İsayev bildirib ki, Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində məqsədyönlü strategiyaya və uğurlu iş təcrübəsinə malikdir. Sosial-iqtisadi tərəqqiyə hesablanan mühüm dövlət proqramları nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5%-dək azalıb. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələrdən biridir. Həmçinin BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair “İnsan inkişafı naminə əmək” adlı məruzəsində Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi də ölkəmizdə iqtisadi və sosial inkişafa beynəlxalq səviyyədə verilən daha bir yüksək qiymətdir.
 
Nazir müavini vurğulayıb ki, BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf  Məqsədlərinə qoşulan ölkəmizdə bu məqsədlərin əhatə etdiyi iqtisadi, sosial və ekoloji istiqamətlər üzrə fəal siyasət aparılır. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə  Şurasının yaradılması da  “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki öhdəliklər üzrə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə yönəlib. Bu sahədə işlər ümumilikdə daha dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafı üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasına xidmət edir.
 
İ.İsayev icra olunan mühüm sosial proqramlar, əmək və sosial müdafiə sahəsində aparılan mütərəqqi islahatlar, aktiv sosial müdafiə proqramları, eləcə də BMT İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə icra olunan layihələr barədə də məlumat verib.
 
C.Buman ölkəmizdə iqtisadi tərəqqi proseslərinin sosial sahədə də inkişafla müşahidə edilməsinin onlar tərəfindən rəğbətlə qarşılandığını, Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlarının region ölkələr üçün nümunə  olduğunu qeyd edib, Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da nailiyyətlər qazanacağına əminliyini ifadə edib.
 
Görüş BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə strategiyanın hazırlanması məsələlərinə dair fikir mübadiləsi ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info