Masallı sakini kəndir toxuma sənətini bu gün də davam etdirir
Tarix: 14.10.2016 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Müasir dövrdə kəndir toxuma ilə məşğul olan çox az ailə tapılar, çünki yeni texniki avadanlıqlar əl əməyini geridə qoyduğundan bu sənət unudulmaq üzrədir. Buna baxmayaraq, Masallının Dikan kəndində Babayevlər ailəsi ata-babadan yadigar qalan 300 illik sənəti bu gün də davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, ailənin başçısı Fikrət Babayev rayonda kəndir toxuma sənəti ilə məşhurdur. Ona bu işdə ailə üzvləri də kömək edir.
Fikrət Babayev bildirib ki, kəndir toxuma nə qədər sadə görünsə də, bir o qədər çətin işdir: “Çünki dəqiqlik bu işin əsas şərtidir. Kəndirin diametrinin alınması böyük təcrübə tələb edir, 2338 ipdən 40 diametr kəndir almaq riyazi hesablamadır”
Onun sözlərinə görə, əvvəllər hər işi əl ilə edirdi, bu isə çox çətin idi. İndi isə aparatlardan istifadə edir ki, bu da işi qismən asanlaşdırıb. Toxunan kəndirlərdən həm kənd təsərrüfatında, həm də gəmilərdə istifadə olunur.
Kəndir toxumaqla ailəsini dolandıran Fikrət Babayev ali təhsilli olsa da, heç vaxt ata-babasından yadigar qalan bu sənətdən uzaqlaşmayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi
04.06.2020
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
03.06.2020
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info