Avropada böhrandır, rəhbərlər isə Ermənistana yardım ayırır
Tarix: 28.03.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Özünə umac ova bilməyən
Avropa Birliyi Ermənistana əriştə kəsir


“Armeniya Today” qəzetinin verdiyi məlumata görə, Avropa Birliyi Ermənistana bu ölkədə dövri miqrasiyaya və inteqrasiya proseslərinə kömək etmək məqsədilə 1 milyon avro ayıracaq. Proqramı “Ehtiyacı olan insan” və “ Erməni yardımı birliyi” həyata keçirəcək. AB-nin Ermənistana gələn nümayəndə heyətinə başçılıq edən Trayan Xristeya jurnalistlərə verdiyi açıqlamada Ermənistan hakimiyyəti ilə birgə hərəkət edəcəklərini, bunun öhdəsindən tək gəlməyin mümkünsüzlüyünü bildirib.
Xatırladaq ki, hələ keçən həftə Avropa Birliyi Ermənistana miqrasiya ilə bağlı problemlərin həllinə kömək etmək məqsədilə 3 milyon avro ayırıb. Yeni proqram 4 istiqamət üzrə həyata keçiriləcək. Əsas istiqamət isə Avropadan Ermənistana miqrasiyanın təmin edilməsidir. Proqram 2,5 il ərzində gerçəkləşdiriləcək. Proqramın gerçəkləşdiriləcəyi ərazilər İrəvan, Ararat, Armavir, Syünik və Vayoç-Dzordur.
Avropada Yunanıstan, Bolqarıstan kimi ölkələrin iqtisadi böhran burulğanında boğulduğu bir zamanda Avropa Birliyinin Ermənistana iki həftənin içində birdən-birə 4 milyon avro yardım ayırması anlaşılan deyil. Çünki Avropa ölkələrinin bir çoxunun parlamentlərində vergilərin artırılması, təqaüdlərin, aylıq məvaciblərin azaldılması, eyni zamanda bir çox sosial, iqtisadi layihələrin həyata keçirilməsinin təxirə salınması ilə bağlı qərarlar qəbul edilib. Qəbul edilən qərarlar bu ölkələrdə əhalinin çox ciddi narazılığına səbəb olmuş, kütləvi mitinqlər keçirilmiş, polis qüvvələri ilə əhali arasında toqquşmalar olmuşdu və etirazlar hələ də davam edir. Kiçik bir müqayisə aparsaq, bu qərarla AB-nin iqtisadi böhran içində boğulan insanların hüquqlarını kobud şəkildə pozduğu qənaətinə gələrik. Eyni zamanda Ermənistanda korrupsiyalaşmış bir hakimiyyətin olması ayrılan vəsaitin təyinatı üzrə sərf ediləcəyinə inamı azaldır, özündən əvvəlki digər layihələr kimi bu layihənin də gələcəyini hələ başlamamış şübhə altına salır.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info