Media rəhbərləri Naxçıvana səfər ediblər
Tarix: 14.10.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. İki günlük səfər çərçivəsində Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinin Naxçıvan Mətbuat Şurası və digər media orqanları ilə görüşü, birgə tədbirin keçirilməsi, Naxçıvandakı mədəni-tarixi abidələrin ziyarəti nəzərdə tutulub. Nümayəndə heyəti Naxçıvanda medianın vəziyyəti ilə maraqlanacaq, iş prinsipi ilə tanış olacaq.
Nümayəndə Heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Oxu məni” qəzetinin baş redaktoru Emil Axundov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev daxildir. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info