Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub
Tarix: 14.10.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bu il Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub.
Zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib ki, istehsal sahələrinin əsasını kənd təsərrüfatı texnikalarının yığımı təşkil edən müəssisə əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də müxtəlif adda və modellərdə texnikaların yığımını davam etdirib. Cari ildə müəssisədə 703 ədəd müxtəlif modeldə traktor, 119 ədəd müxtəlif modeldə “MAZ”, 100 ədəd “KamAZ”, 167 ədəd “URAL” avtomobilləri yığılaraq istifadəyə verilib. Bu müddətdə həm də 142 ədəd qoşqulu su çəni, traktor üçün 6 ədəd kotan, 5 ədəd DEM modeldə ekskavator yığılıb. Gəncə Avtomobil Zavodunun gələcək inkişaf perspektivləri haqqında danışan Məqsəd Rəhimov deyib ki, müəssisənin yüksəkixtisaslı, peşəkar işçi heyətinə malik olması zavodda mürəkkəb layihələri uğurla icra etməyə imkan verir. Ona görə də zavod hər il olduğu kimi, 2017-ci ildə də “MAZ”, “KamAZ”, “URAL” avtomobillərinin yığımını davam etdirəcək. Həmçinin yeni ideyalar, layihələr və istehsal sahələri haqqında da düşünüləcək. Bildirilib ki, müəssisədə istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahədə yeni istehsal sahəsi yaradılır. Ən müasir avadanlıqlarla təchiz olunan və texnoloji xətlərin quraşdırıldığı istehsal sahəsində müasir avtobusların yığımı nəzərdə tutulur. Zavodda yeni istehsal xəttinin işə düşməsi ilə daha 150 nəfər işlə təmin ediləcək.
Məqsəd Rəhimov qeyd edib ki, Gəncə Avtomobil Zavodu istehsal gücünü daha da artırmaq üçün məhsullarının xarici bazarlara çıxarılması istiqamətində fəal iş aparır. Bu məqsədlə müəssisənin servis və marketinq şöbəsi ixrac imkanları üçün bazar araşdırmalarını davam etdirir. Aparılan danışıqların nəticəsi olaraq cari ildə Gürcüstana 11 traktorun satışı həyata keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info