Müəllim peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb
Tarix: 14.10.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər ölkədə məktəblərin 70%-də əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib: “Sizin, bizim əsas vəzifəmiz yalnız bilikli məzun yetişdirməklə kifayətlənə bilməz. Təhsilimizdə mili-mənəvi dəyərlərə əsaslanaraq düşünən, ölkənin siyasətini anlayan, cəmiyyətin və dövlətin qarşısında dura bilən, fəal mövqeyi ilə seçilən vətəndaşın yetişdirməliyik. Əgər biz ötən illərə nəzər salsaq, bu gün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanda layiqli gənc nəsil yetişib və onlar ölkənin müxtəlif sahələrində, ölkənin maraqlarının qorunmasında rol oynayır. Ona görə də Azərbaycan müəlliminə təşəkkür edirəm”.
Son illər ölkədə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran M.Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb. Nazir qeyd edib ki, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllim peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb.
Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info