Valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər tətbiq olunacaq
Tarix: 14.10.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslər AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad ediləcək, digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün bir sıra təminatlar yaradılacaq. Bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərdə əksinin tapıb. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunun 5-ci (Təhsil üzrə təminatlar) maddəsinə təklif olunan əlavə və dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində (AMEA magistratura) təhsil haqqından azad ediləcəklər. Bundan başqa, qeyd olunan kateqoriyadan olan vətəndaşlar ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA magistraturasını bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Onlara təhsil aldıqları müddətdə dərslik və dərs ləvazimatlarının alınması üçün müavinətlər də veriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info