“Düşmənlərimizin Azərbaycana qara yaxmaq cəhdlərini AŞPA Bürosu rədd etdi”
Tarix: 14.10.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Azərbaycanda keçirilmiş 26 sentyabr referendumuna dair Memorandum konkret olaraq bazar ertəsi, 10 oktyabr iclasının gündəliyinə salınmışdı. Bunun belə olduğuna AŞPA-nın internet səhifəsindən asanlıqla baxmaq olar. Mətn çap variantında Büro üzvlərinin sənədlərinə əlavə edilmişdi ki, üzvlər qeyd götürə bilsin. Gündəlikdə həqiqətən də qeyd edilmişdi ki, Büro bu memorandumu yalnız “nəzərə alacaq”. Memorandum Büro üzvlərinə paylandı, beləliklə, sənəd üzvlərin gözü önündə idi və onlar sənədi “nəzərə ala” bildilər. “Nəzərə almaq” proseduru sonradan başqa bir prosedur, müzakirə yaxud səsvermə tələb etmir”. Bu fikri millət vəkilli, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın sessiyasında müzakirə olunan, Azərbaycanla bağlı məsələlərə dair danışarkən bildirib.
Onun sözlərinə gorə, ölkəmizə münasibətdə xeyli obyektiv və ədalətli mövqe sərgilənyənlər olsa da, təəssüf ki, düşmənlər də mövcuddur: “Son günlər bəzi Büro üzvləri memoranduma dair şəxsi qeydlər etmək və beləliklə, ölkəmizə hücum etmək imkanı qazanmaq üçün təkid edirdi. Gözlənildiyi kimi, bu opponentlər bir daha katibliyin dəstəyini əldə etdi. Belə ki, katiblik məsələni yenidən oktyabrın 14-də Büronun gündəliyinə daxil etdi. Başqa sözlə, Büro eyni memorandumu ikinci dəfə 4 gün sonra “nəzərə alır”… Şübhəsiz, bu, olduqca zəif siyasi təcrübədir, lakin digər tərəfdən, bu lüzumsuz təşəbbüs bizə təsir etməməlidir. Bu, dəyişilməz qalan memorandumun statusu və formulyasiyasında faktiki olaraq heç nəyi dəyişmir. Memorandum Azərbaycanda 26 sentyabr referendum islahatlarına dair AŞPA-nın mövqeyini əks etdirən yeganə rəsmi AŞPA sənədidir. 14 oktyabr Büro iclasında Azərbaycanın qatı düşməni olan Savitskinin intiqam hissi ilə bu məsələnin təkrarən gündəliyə salınmasının bir məqsədi olub: Azərbaycana hücum edənlərin sayını artırmaq. Çox təəssüf ki, bu məsələdə azərbaycanlı adını daşımağa layiq olmayan bəzi adamların dəstək verməsi ehtimal olunur. Savitski və bütün düşmənlərin 5 gün ərzində Azərbaycana ləkə yaxmaq cəhdləri Büro tərəfindən rədd edildi. Büro qərar verdi: Azərbaycanda keçirilən referendumla bağlı memorandum haqqında qeyd Büronun bazar ertəsi 10 oktyabr tarixli iclasında aparılıb. Memorandumun AŞPA Bürosunda maneəsiz və heç bir düzəliş olmadan təsdiqlənməsi nəinki xarici düşmənlərimizi, hətta daxildə ölkəmizi sevməyənləri də məyus etdi. Onların bu sənədi şübhə altına aldırmaq cəhdləri tamamilə puç oldu”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info