Kənd təsərrüfatının sığortası modeli müəyyənləşdirilir
Tarix: 14.10.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra istiqamətlərdə islahatlara başlanılıb ki, onlardan biri də kənd təsərrüfatının inkişaf etdirilərək iqtisadiyyatın sabit və dayanıqlı sahələrindən birinə çevrilməsidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  bildiriblər ki, aqrar sektorun inkişafı, onun sabit, dayanıqlı sahəyə çevrilməsi və buraya investisiyaların cəlb edilməsi üçün tələb olunan addımlardan biri də kənd təsərrüfatındakı risklərin düzgün və səmərəli idarə edilməsidir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud sığorta mexanizminin yenidən qurularaq etibarlı sığorta modelinin yaradılması nəzərdə tutulur. Bu ilin aprel ayından fəaliyyət göstərməyə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatası kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Belə ki, Azərbaycanın sığorta bazarının xüsusiyyətlərinə, kənd təsərrüfatı şəraitinə və dövlət siyasətinə uyğun olan kənd təsərrüfatı sığortası modelinin seçilməsi üçün beynəlxalq təcrübə öyrənilib, eyni zamanda, uğurlu kənd təsərrüfatı sığortası mexanizmləri, eləcə də ABŞ, Türkiyə, İspaniya, Avstriya, Kanada, Almaniya, İsrail və s. ölkələrin təcrübəsi araşdırılıb.
Kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlardan biri də Türkiyə Respublikasının TARSİM modelinin daha yaxından araşdırılması olub. Bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Türkiyə Respublikasına ezam edilərək həmin modeli daha yaxından öyrəniblər. Həmçinin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycan hökumətinə təklif edilən ölkəmizdə aqrosığorta mexanizminin yaradılması layihəsi ətraflı şəkildə araşdırılıb, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ilə ətraflı müzakirə edilərək Azərbaycan üçün perspektivləri qiymətləndirilib.
Bu sahədə görülən işlərin daha səmərəli və operativ həyata keçirilməsi, ölkə üçün ən optimal kənd təsərrüfatı sığortası modelinin müəyyən edilməsi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqədar dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işçi qrupu yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Görüş zamanı kənd təsərrüfatı sığortası mexanizminin əhəmiyyəti, mövcud problemlər, atılacaq addımlar müzakirə olunub. Bildirilib ki, işçi qrupunun qarşısına qoyulan hədəflər qısa müddət ərzində beynəlxalq təcrübəni öyrənmək, uyğun modelin seçilməsini təmin etmək və ölkə iqtisadiyyatına töhfə verən kənd təsərrüfatını risklərdən qorunma mexanizmini yaratmaqdır. İclasda vurğulanıb ki, kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi aqrar sahəyə biznesin marağını və investisiyaları artıracaq, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə imkan verəcək.
Kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi nəticəsində əldə olunan imkanlar, yuxarıda göstərilən müsbət nəticələrlə yanaşı, kənd əhalisinin həyat səviyyəsinin artması ilə bağlı urbanizasiyanın və ölkədən miqrasiyanın qarşısını alacaq, yeni iş yerlərinin açılmasına imkan yaradacaq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədli maliyyə alətlərinin aktivləşməsinə gətirib çıxaracaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info