Gələn il yeni əmək haqqı ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq
Tarix: 14.10.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda 60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir. Təhsil naziri Mikayıl Cabbarov dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. Onun sözlərinə görə, 2017-ci ildə də bu proses davam etdiriləcək. M.Cabbarov vurğulayıb ki, gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq. Təhsil naziri vurğulayıb ki, müəllim olmaq hər bir dövrdə çətin bir vəzifə olub, yaşadığımız dövr müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir: “Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanlarının çoxluğu müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Biz əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bir tərəfdən bu günün tələblərini yaxşı anlayır, digər tərəfdən isə qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info