Kürdəmirdə 103,4 min tondan çox taxıl istehsal edilib
Tarix: 14.10.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Oktyabrın 14-də Kürdəmirdə cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən pambıqçılığın, baramaçılığın inkişafına göstərilən dövlət qayğısı ötən doqquz ayda öz müsbət nəticələrini verib, rayonda dinamik inkişaf təmin olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 0,7 faiz artaraq 260 milyon 571 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 44,1 faizi kənd təsərrüfatının payına düşür. Cari mövsümdə təkcə 103,4 min tondan çox mühüm strateji məhsul olan taxıl istehsal edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonda ənənəvi sahələr hesab olunan pambıqçılığın, baramaçılığın yenidən dirçəldilməsi istiqamətində tədbirlərə başlanılıb. Belə ki, erkən yazda 1911 hektarda pambıq əkilib və sahələr yüksək aqrotexniki qaydada becərilərək bol məhsul yetişdirilib. Artıq 20-25 gündür pambıq yığılır. Bu işə 1000 nəfərədək işçi qüvvəsi, 2 ədəd pambıqyığan maşın cəlb olunub. Hələlik tarlalardan 916 ton məhsul toplanılıb.
Məruzə və çıxışlarda gələn il pambıq əkini sahələrinin 2 dəfə artırılaraq 4000 hektara çatdırılacağı vurğulanıb.
Eyni zamanda, bu il rayonda 46 kümçü tərəfindən 80 qutu baramaqurdu bəslənildiyi, 4 tonadək barama istehsal edildiyi, gələn il isə məhsul istehsalının 7 tona çatdırılması üçün indidən lazımi tədbirlərə başlanıldığı da qeyd olunub. Vurğulanıb ki, baramaqurdları üçün möhkəm yem bazasının yaradılması məqsədilə 45 minə yaxı tut tinginin əkilməsi nəzərdə tutulur.
Yığıncaqda heyvandarlıq məhsulları istehsalının artdığı söylənilib, lizinq yolu ilə alınan 217 baş cins düyənin artırılaraq 600 başa çatdırıldığı, süni mayalama yolu ilə 427 baş cins bala alındığı bildirilib.
Ötən doqquz ayda rayonda tikinti-abadlıq işləri aparılıb, yol infrastrukturu üzrə bir sıra layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına 21 çoxmənzilli yaşayış binasının əsaslı təmirinə başlanılıb.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər, habelə insanların sosial qayğıları ilə əlaqədar qarşıda duran vəzifələr barədə də ətraflı müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info