AMEA-da “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilir
Tarix: 14.10.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans və “Müstəqillik yollarında” kitabının təqdimatı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin inkişafına göstərilən xüsusi diqqətdən, AMEA-nın fəaliyyəti üçün yaranmış təhlükənin aradan qaldırılmasından, son illərdə ölkə həyatının bütün istiqmətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan danışıb.
“Zaman, müasir inkişaf və elm” mövzusunda çıxış edən akademik bildirib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində elm amili daim aparıcı mövqeyə malik olub. Cəmiyyətin müasir inkişafında elmin həlledici rolunun təmin edilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin ana xətlərindən ibarətdir. Ölkəmizdə cəmiyyət quruculuğunun sonrakı mərhələlərində də elm amili əsas yer tutub. Beləliklə, zaman, müasir inkişaf və elm bir-birini üzvi surətdə tamamlayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Müstəqil dövlətçiliyin Azərbaycan modeli” mövzusunda məruzəsində Azərbaycanın sürətli inkişafında və dünya ölkələri arasında nüfuzlu mövqe qazanmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb.
Tədbirdə “Müstəqillik yollarında” kitabının təqdimatı keçirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırlanan nəşrdə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində cəmiyyət həyatının əsas sahələri üzrə keçilmiş məsuliyyətli və şərəfli yoldan, qazanılan mühüm nailiyyətlərdən bəhs edilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info