ADPU-nun rektoru 500-dən çox bal toplayan tələbələrlə görüşüb
Tarix: 14.10.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2016-2017-ci tədris ilinin qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olunan tələbələrlə görüş keçirib. Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə keçirilən görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Rəcəb Əliyev də iştirak ediblər. Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov tələbələri yüksək bal toplayaraq universitetə qəbul olunmaları münasibətilə təbrik edib, həyatda və təhsildə uğurlar arzulayıb. Bildirib ki, son 3 ildə ölkəmizdə 500-dən çox bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı 19% , 600-dən çox bal toplayan tələbələrin sayı isə 32% artıb. Bu il 500-dən çox bal toplayan 117 nəfər gənc ADPU-nu seçib. Rektor vurğulayıb ki, hər bir ölkənin inkişafı təhsildən keçir. Prezident təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri elan edib. Bizim qarşımızda ölkəmizin iqtisadi potensialını intellekt kapitalına çevirmək vəzifəsi dayanır. Azərbaycan hazırda yeni inkişaf mərhələsindədir. Ölkədə ən çox ehtiyac duyulan peşə sahibləri müəllimlərdir. Müəllimlik müqəddəs və şərəfli, eyni zamanda çətin və məsuliyyətli peşədir. Müəllimlik peşəsi cəmiyyət üçün çox vacibdir. Son illər ölkəmizdə pedaqoji fəaliyyətə marağın artırılması və müəllim peşəsinin nüfuzunun artırılması üçün səmərəli əməli tədbirlər həyata keçirilir. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi rəğbətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar, mükafatlar verilir. Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Hər il 300 tələbəyə bu təqaüd verilib. Hazırda 900 nəfər tələbə bu təqaüdü alır.
Bunlarla yanaşı, Azərbaycanda 2015-ci ildə orta məktəb müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin əmək haqları 10% artıb. Gələn il də bu işin davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar təbii ki, müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına xidmət edən addımlardır. Rektor Cəfər Cəfərov tələbələrə müraciət edərək deyib ki, gənclik cəmiyyətin fəal və aparıcı qüvvəsidir: “Siz ADPU-nun sayılıb-seçilən, fəxr ediləsi, qürur duyulası tələbələrisiniz. Siz həyatda sanballı uğur qazanmısınız. Sizin bu uğurunuz təqdir və təbliğ edilməlidir. Eyni zamanda özünüz də bu barədə virtual aləmdə məlumatları paylaşmalı, fikir və düşüncələrinizi bölüşməli, müzakirələr aparmalısınız. Lakin siz bunu son hədd hesab etməməli, əldə etdiyiniz ugurla kifayətlənməməlisiniz. Həyatımız dinamik inkişaf edir və bizim qarşımızda yeni tələblər, yeni çağırışlar qoyur. Bu tələb və çağırışlara cavab vermək üçün siz daim öz üzərinizdə işləməli, oxumalı, mütaliə etməli, bilik və bacarıqlarınızı artırmalı, təhsildə yüksək göstəricilər əldə etməlisiniz. Siz eyni zamanda ADPU-nun və ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməli, əsl vətəndaş mövqeyi ilə seçilməli, dövlətçiliyə sədaqətlə xidmət etməlisiniz”. ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Rəcəb Əliyev, Tələbə Gənclər Təşkilatının Elm və təhsil departamentinin 2 nömrəli tədris binası üzrə nümayəndəsi Həsən Həsənov universitetdə həyata keçirilən islahatlar, görülən işlər, keçirilən tədbirlər barədə danışaraq tələbələri yaxşı oxumağa, öz bilik və bacarıqlarını artırmağa, təhsildə, ictimai həyatda fəal və təşəbbüskar olmağa çağırıblar. Görüşün sonunda tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info