Ermənilərin Tərtərdə dağıtdığı evlərin bərpası başa çatıb
Tarix: 14.10.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda əhaliyə məxsus dağılmış evlərin bərpası başa çatıb. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Tofiq Kərimov bildirib ki, Qapanlı kəndində tamamilə dağılmış bir ev yenidən tikilib. Zərər çəkmiş evlərdən 8-də bərpa, 18-də təmir işləri aparılıb. Qismən zərər çəkmiş yüzlərlə evə dəyən ziyan aradan qaldırılıb. Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində zərər çəkmiş evlərin bərpa və təmir olunması cəbhəyanı ərazilərdə yaşayan insanlar tərəfindən böyük razılıqla qarşılanıb.
Düşmənin artilleriya zərbəsi nəticəsində evi dağılmış Rəbiyə Qarayeva  deyib: “Ermənilərin aprelin 27-dən 28-nə keçən gecə atdığı mərmilərdən biri bizim evin qarşısına düşmüş, evimiz tamamilə dağılmışdı. May ayının əvvəlində dövlətimizin başçısı cəbhə bölgəsinə səfəri zamanı bizim evdə oldu. Bildirdi ki, dağılmış evlər tezliklə bərpa olunacaq. Budur, artıq evimiz bərpa olunub. Qayğımıza qaldığı üçün Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Tərtər şəhər sakini Olqa Kruqlova isə bildirib ki, aprelin 2-də ermənilərin atəşi nəticəsində onun da evi dağılmışdı: “Evimiz tamamilə bərpa və təmir edilib. Hər şey gözəldir. Dövlətimiz, Prezidentimiz var olsun”.
Qeyd edək ki, aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış məcburi köçkünlərin yaşadıqları evlər də zərər çəkmişdi. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info