“Suriyaya görə dünyada qlobal səviyyəli münaqişə yarana bilər”
Tarix: 14.10.2016 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Münaqişənin həll olunmamasının əsas səbəbi bir çox dövlətin məsələyə müdaxilə etməsi və hər gün, hər saat terrorçuları dəstəkləməsidir”

Bu gün dünya güc mərkəzlərinin maraqlarının toqquşduğu əsas qaynar nöqtələrdən biri Suriyadır. ABŞ və Rusiya Suriya ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyişə nail ola bilmirlər. Suriya dövlət başçısı Bəşər Əsəd Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində ölkəsindəki vəziyyətlə bağlı məlumatlar verib.
Onun sözlərinə görə, Suriya münaqişəsinə görə dünyada qlobal səviyyəli münaqişə yarana bilər. Əsədə görə, dünyada indi yaranan situasiya yeni “soyuq müharibə”ni xatırladır: “Bu, heç də yaxın zamanda yaranmayıb. Mənə elə gəlir ki, Qərb, əsasən də ABŞ SSRİ dağılandan sonra da “soyuq müharibə”ni dayandırmayıb. Tərəflər arasında ziddiyyətlər bir çox “siyasi səhnədə” özünü göstərir və onların arasında Suriya böyük yer tutur”. Bəşər Əsəd bildirib ki, Suriya münaqişəsinin həll olunmamasının əsas səbəbi bir çox dövlətin məsələyə müdaxilə etməsi və hər gün, hər saat terrorçuları dəstəkləməsidir. Suriya dövlətinin lideri bildirib ki, rəsmi Dəməşqin daimi müttəfiqi Rusiya, İran və “Hizbullah”dır: “Onlar burada leqal fəaliyyət göstərir, terrorçulara qarşı mübarizə aparırlar. Amma bəzi dövlətlər var ki, onlar terrorçulara dəstək verirlər. Burada əsas olan oyunçuların sayı yox, terrorizmdir. Münaqişəni həll etmək üçün real təsiri olan qüvvələrlə danışıqlar aparılmalıdır. Ona görə də müxalifət terrorçularla bir yerdə olmamalıdır. Amma terrorçularla danışmaq olmaz, onlar məhv edilməlidir. Biz, ancaq onları məhv etməklə qələbə qazana bilərik. Başqa yolumuz da yoxdur, vaxtımız da. Vətəndaşlarımızı qorumalıyıq”. Bəşər Əsəd hesab edir ki, aktiv döyüşlərin getdiyi Hələb şəhərinin terrorçulardan azad olunması gələcək proseslər üçün tramplin rolunu oynayacaq: “Hələbin azad olunması bizim üçün həm strateji, həm də milli səviyyədə siyasi qələbə olacaq. Hərbi-strateji baxımdan biz “Əl-Nusra”nı izolyasiyaya sala bilmərik. Amma bu qələbə digər ərazilərimizin də terrorçulardan azad olunması üçün tramplin olacaq. Hələbin azad olunması buna görə bizim üçün vacibdir”. Suriya prezidenti Səudiyyə Ərəbistanının Dəməşqin İranla münasibətləri pozacağı təqdirdə ona dəstək vəd etdiyini bildirib: “Onlar dedilər ki, əgər biz İrandan üz çevirsək, Tehranla hər hansı münasibətlərdən imtina etsək, bizə kömək edəcəklər. Onlar bunu çox sadə və birbaşa dedilər”. Əsədin sözlərinə görə, bu təklif ona Suriyada münaqişə başladıqdan sonra edilib: “Təkliflər böhrandan sonra edilməyə başlayıb. Çünki düşmənlərimiz böhrandan şantaj üçün istifadə etmək istəyirdilər. Dedilər ki, onların istədiyini etsək, bizə kömək edəcəklər”. Bəşər Əsəd hesab edir ki, Azad Suriya Ordusu “İŞİD” və “Əl-Nusra” terror qruplaşmalarından heç nə ilə fərqlənmir. Qeyd edək ki, Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib ki, Ankara Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparmayıb və aparmayacaq. Bundan əvvəl KİV-lər Türkiyə diplomatlarının Suriya hakimiyyəti ilə danışıqlar üçün yaxın zamanda Dəməşqə səfər edəcəyi barədə məlumat yayıblar. “Türkiyə onunla pərdəarxası diplomatik danışıqlar aparmayıb və aparmayacaq. Bu mövzuya dair xarici KİV-lərin yaydığı məlumatlar əsassızdır. Öz xalqını məhv edən, əhaliyə qarşı aviasiya və kimyəvi silahdan istifadə edən, tamamilə qeyri-legitim hökumətin rəhbərliyində olan şəxslə hər-hansı təmaslar mümkünsüzdür”, - deyə Çelik qeyd edib. Nazirin sözlərinə görə, Türkiyə Azad Suriya Ordusu daxil olmaqla Suriyadakı legitim müxalif qruplaşmaları dəstəkləyir: “Onları tək Türkiyə yox, Ankaranın bir çox müttəfiqləri dəstəkləyir. Bu məsələ ilə mövqeyimiz birmənalıdır. Türkiyə Suriyada xalqın iradəsini əks etdirəcək siyasi sistemin yaradılmasına çalışır. Suriyaya siyasi keçid prosesi gərəkdir”, - deyə Çelik əlavə edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info