Obama Trampa qarşı mübarizədə Klintonu dəstəkləyib
Tarix: 14.10.2016 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Dünyaya iki fərqli baxış, iki nəzər nöqtəsi, iki dəyər toplusu”, - deyə San-Fransiskoda tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti postuna Demokratik Partiyanın namizədi Hillari Klinton respublikaçı namizəd Donald Trampla aralarında olan fərqi belə xarakterizə edib.
“Euronews” telekanalı xəbər verir ki, Ohayo ştatında demokratların yığıncağında çıxış edən hazırkı Prezident Barak Obama da Hillari Klintonu dəstəkləyib. “İki namizəd arasında fərq indiyə qədər bu dərəcədə açıq-aşkar olmayıb. Biz bir tərəfdə yüksək təcrübəyə malik olan, digər tərəfdə isə hər dəfə çıxış edərkən Oval kabinetə yararsızlığını bir daha təsdiqləyən namizədlər arasında seçim etməliyik”. Obama, həmçinin respublikaçıların özlərinin də, çox güman ki, Trampa inamlarının itdiyini qeyd edib. Hillari Klinton isə öz çıxışında Trampın mövqeyinin artıq aydın göründüyünü deyib və seçiciləri onun Amerika üçün təhlükəli olan görüşlərinin üstün gəlməsinə imkan verməməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info