Aİ Şurası Brexit planının puç olacağını istisna etmir
Tarix: 14.10.2016 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Almaniyanın dpa agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə London ilə Brüssel arasında danışıqlar hər an dayandırıla bilər. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib:
“Mən əsla şübhə etmirəm ki, bu ssenari avropalı tərəfdaşların hamısı üçün məqbul olardı”. Tusk Avropa Siyasəti Mərkəzi (EPC) tərəfindən təşkil edilmiş diskussiya çərçivəsində çıxışında vurğulayıb ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə danışıqları birtərəfli qaydada dayandırmasına mane olan heç bir hüquqi məhdudiyyət yoxdur. Tusk deyib: “Acı həqiqət budur ki, Brexit bizim hamımızın ziyanına olacaq”. Bundan əvvəl, oktyabrın 2-də Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, hökumət ölkənin Avropa İttifaqından çıxması proseduruna 2017-ci il martın sonuna qədər rəsmi qaydada start verəcək. Onun sözlərinə görə, bu addım Lissabon sazişlərinin 50-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Həmin maddədə Avropa İttifaqının üzvü olan dövlətin bu təşkilatdan könüllü çıxmaq hüququ təsbit edilib. Brüsseldə isə ümid edirlər ki, Böyük Britaniyanın Aİ-dən ayrılmasına dair danışıqlar Avropa Parlamentinə növbəti seçkilərə qədər başa çatdırılacaq. Xatırladaq ki, həmin seçkilərin 2019-cu ildə keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info