Kazan Federal Universiteti ADPU ilə əməkdaşlıqda maraqlıdır
Tarix: 14.10.2016 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin (KFU) Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna ilə görüşüb. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak edib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, professor Cəfər Cəfərov görüşün keçirilməsindən məmnun qaldığını bildirib. Rektor görüş zamanı rəhbərlik etdiyi universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, tədris prosesi, fəaliyyət istiqamətləri, strateji hədəfləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ADPU fəaliyyət göstərdiyi 95 il ərzində elm və təhsilimizin inkişafında böyük xidmətlər göstərib. Rektor C.Cəfərov bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan böyük ali təhsil müəssisəsinə çevrilib. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. ADPU-nun 5 filialı-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir. Hazırda ADPU-da 8 fakültə-Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və təlim şöbəsi, 40 kafedra, həmçinin SABAH qrupları fəaliyyət göstərir. ADPU-da bu gün filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir. Rektor qeyd edib ki, müasir dünyamızda beynəlxalq əlaqələr hər bir ali təhsil müəssisəsinin fəaliyyətində ən mühüm amillərdən biridir. ADPU bu istiqamətdə böyük işlər görməyi planlaşdırır. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna da öz növbəsində ADPU-da bu görüşün keçirilməsindən məmnun qaldığını ifadə edərək universitetin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbə kollektivinə uğurlar arzulayıb. Xanım Merzon Yelena Yefimovna başçılıq etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib və gələcəkdə ADPU ilə elm və təhsil sahəsində əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. Görüşdə müəllim hazırlığı və hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü
06.06.2020
“40 yaşlı xəstəmizi itirdik, koronavirus artıq yaşa baxmır“ - VIDEO
06.06.2020
Azərbaycanda işləyən dövlət qurumlarının siyahısı
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info