Amerikalı konqresmendən Azərbaycanla bağlı təbrik bəyanatı
Tarix: 17.10.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü, konqresmen Loretta Sançez 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar xüsusi təbrik bəyanatı imzalayıb.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Baş Konsulluğa təqdim olunmuş bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.
 
Bəyanatda qeyd olunur ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, ötən 25 il ərzində azadlığını və suverenliyini möhkəmləndirib, olduqca vacib Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqinə və ən iri ticarət tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır. Sonda konqresmen qeyd edir ki, Azərbaycan azad və müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb.
 
Qeyd edək ki, 1997-ci ildən Konqresin Nümayəndələr Palatasının Demokratlar Partiyasından üzvü olan L. Sançez hazırda Kaliforniyadan ABŞ Senatına iki əsas namizəddən biridir.
 
L. Sançezin təbrikinə onun həmkarı, Kaliforniyadan olan digər konqresmen Xuan Varqas, eləcə də Kaliforniya Ştat Senatının senatoru Ben Allen və Kaliforniya Ştat Assambleyasının üzvü Riçard Blum da qoşulublar. Belə ki, sözügedən qanunvericilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnamələri göndərərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına arzularını çatdırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info