Dövlət Müstəqilliyimiz nüfuzlu BƏƏ mediasının gündəmində
Tarix: 17.10.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin 17 oktyabr tarixli elektron və çap nüsxələrində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” başlıqlı dərc olunub.
Səfirlikdən verilən məlumata görə, məqaləsində səfir sovet nəhənginin süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyini və bu ali amal uğrunda mübarizə apardığını oxucuların diqqətinə çatdırıb, bu mübarizənin nəticəsi olaraq, 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini qeyd edib.
Sovet İttifaqının parçalanmasının Azərbaycan üçün böyük fəsadlarından bəhs edən səfir D.Şikarov xüsusən də 15 may 1992-ci ildə dövlət çevrilişi hesabına hakimiyyəti zəbt edən şəxslərin səriştəsizliyi nəticəsində xarici hərbi təcavüzün, etnik təmizləmənin və cənubda separatizm meyllərinin ölkənin taleyini sual altına qoyduğunu və xalqın günəşli sabaha inamını yox etdiyini vurğulayaraq, bu cür ağır vəziyyətin xalqın təkidli tələbi ilə sadiq oğlu Heydər Əliyevə üz tutmasına qədər davam etdiyini önə çəkib. Diplomat qeyd edib ki, Heydər Əliyev həyatının bahasına xalqın davamlı tələbini qəbul edib və Azərbaycan xalqının qurtuluş günü hesab etdiyi 15 iyun 1993-cü ildə ölkədə siyasi hakimiyyəti öz üzərinə götürməyə razılığını verib.
Səfir ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründəki nailiyyətlərdən ətraflı yazarkən ümummilli liderin 1994-cü ildə beynəlxalq transmilli şirkətlərlə “Əsrin kontraktı”nı imzalamaqla milli iqtisadiyyata on milyardlar dollarla ölçülən investisiyaların axınını təmin etdiyini və bunun da öz növbəsində, ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların köməyi ilə dövlət müəssisələrinin yenidən qurulmasına və yekun etibarı ilə, xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, yeni və müasir Azərbaycanın qurulması naminə inadlı və yorulmaz fəaliyyətindən sonra Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” kəlamına diqqət çəkib.
Beynəlxalq əlaqələrə gəlincə, səfir ümummilli lider Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən yazıb, ulu öndərin 1994-cü ildə baş tutmuş o vaxtkı İKT-in Kasablanka zirvə toplantısı çərçivəsində ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla tarixi görüşünün Azərbaycan və Ərəb Əmirlikləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin gələcək istiqamətini müəyyən etdiyini oxucuların nəzərinə çatdırıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründən söhbət açan səfir D.Şikarov dövlət başçısının ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu kursu uğurla davam etdirdiyini önə çəkərək, həmin ildən ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. O vurğulayıb ki, ümummilli liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, eləcə də beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da öz növbəsində, dövlət müstəqilliyinin güclü təməl üzərində qurulduğuna dəlalət edir. Səfir D.Şikarov Prezident İlham Əliyevin müdrikliyi və düşünülmüş siyasəti hesabına bu gün dünyanın Azərbaycanda iri beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirildiyini məqalədə bildirib.
Səfir dövlətimizin humanitar, mədəniyyət, idman və incəsənət sahələrində də böyük uğurlara nail olduğunu yazıb, respublikamızın dünyada tolerant və digərinə yardım əlini uzatmaq kimi humanitar ənənələrə malik çoxmədəniyyətli ölkə imicini qazandığını, son 4 il ərzində ölkəmizin “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 yarışı kimi beynəlxalq nüfuzlu müsabiqə və yarışlara ev sahibliyi etdiyini və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyini yada salıb və sadalan sahələrdə yüksək imicin qazanılmasındakı xidmətin böyük payının Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurduğu Heydər Əliyev Fondunun üzərinə düşdüyünü xüsusilə qeyd edib. Məqalənin yekununda dövlətimizin son 25 il müddətində qarşısında duran bütün çətinlik və məşəqqətləri qət etdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə müyəssər olduğu və bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa və möhkəmləndirməyə müvəffəq olduğu əks edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info