Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Regional Komissiyasına sədrlik edəcək
Tarix: 17.10.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Özbəkistanın paytaxtı Daşkənddə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyasının növbəti 5-ci sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sessiyada Türkiyənin təklifi ilə Komissiyaya ikiillik müddətə Azərbaycanın sədrliyi irəli sürülüb və yekdilliklə qəbul olunub. Komissiyanın sədri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev seçilib. Sessiyada balıqçılıq və akvakultura üzrə qanunvericiliyin təkmilləşdirilməsi, balıqçılığın idarə edilməsi sahəsində Azərbaycanın uğurları xüsusilə qeyd edilib. Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluğunun təmin edilməsində, dövlət inkişaf proqramının hazırlanmasında ölkəmiz tərəfindən bir sıra vacib olan tədbirlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu yüksək qiymətləndirilib.
Sessiyada Gürcüstan, Qazaxıstan və Özbəkistanın 2017-ci ildə Komissiyaya üzv olmalarına dair qərar qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info