Nazirlik 3 023 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edib
Tarix: 17.10.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Kurslara cəlb edilənlərin 353 nəfəri əlilliyi olan şəxslərdir


İşaxtaran və işsiz vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri onların məşğulluğunun təminatında mühüm rol oynayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də bu məqsədlə həmin şəxslər üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkil olunmasına yönəlib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə görülən işlərin davamı olaraq, cari ildə 3 023 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Onlardan 2 801 nəfəri (o cümlədən 131 nəfər əliliyi olan şəxs) nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu kurslara cəlb ediliblər. Qalan 222 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunaraq, seçdikləri peşələr üzrə hazırlıq kursu keçiblər. Mərkəzdə təlim müddətində sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.
Hesabat dövründə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 353 nəfərini (11,7 faiz) əlilliyi olan şəxslər təşkil edib.
Kurslarda dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Peşələrə uğurla yiyələnən şəxslərə sertifikatlar verilib və yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən onların məşğulluqlarının təminatı üçün müvafiq işlər görülüb.
Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Bu dövrdə əsasən yuxarı sinif şagirdlərindən ibarət 75 284 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Valideynlərin də iştirakı ilə keçirilən tədbirlərdə əmək bazarının tələbləri haqqında gənclərə ətraflı məlumatlar verilib, məşğulluqla əlaqədar gəncləri maraqlandıran mövzularda müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info