Conatan Markus: ”Rusiya və ABŞ arasındakı münasibətlər heç vaxt belə kəskin pisləşməmişdi”
Tarix: 17.10.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


«Rusiya və ABŞ arasındakı münasibətlər heç soyuq müharibə illərində belə kəskin dərəcədə pisləşməmişdi. Hər iki ölkə Suriya ilə əlaqədar qarşılıqlı itthamlar mübadiləsi apararaq, münaqişənin həllində əsas rol oynadıqlarını düşünürlər.» Bu fikirlər «BBC»nin köşə yazarı Conatan Markusa aiddir. Onun fikrincə, cari vəziyyətdən asılı olmayaraq, Suriyadakı daimi müharibə nə Vaşinqtona, nə də Moskvaya heç bir uğur gətirməyəcək. Amma başa düşülməlidir ki, Rusiya və ABŞ arasındakı münasibətlər qarşılıqlı inam üzərində qurulmayacağı təqdirdə, dövlətlər arasında soyuq müharibənin «yeni era»sının başlanğıcına yol aça bilər. Bəlkə də, artıq açmaqdadır. İcmalçıya görə, bir müddət bundan əvvəl dünya səhnəsindən geri çəkilən Rusiya, beynəlxalq aləmdə mövqeyini möhkəmlətmək üçün yenidən regiona dönüb.
«Niyə soyuq müharibədən sonra Avropa ilə Rusiya arasındakı əlaqələr belə yanlış məcrada davam etdirildi? Kimdir günahkar? Amerika Birləşmiş Ştatlarının hər şeyə nail olmaq isəyi, yoxsa, Rusyanın «böyüklük nostalgiyası?» İcmalçı özü də bu suallara cavab tapmaqda çətinlik çəkdiyini etiraf etsə də, lakin bəzi ekspertlərin bu məsələlərə işıq sala biləcəyini də güman edir.
«Münasibətlər Avropanın Rusiyanı kommunizmlə bağlı millət kimi qəbul etməməsindən sonra pisləşməyə başladı. Belə ki, əvəvəllər birliyə daxil olmuş ölkələri Qərb inamsızlıq mənbəyi - Rusiyanın varisləri kimi qəbul edirdi.» Bu fikirləri isə amerikalı analitik Pol Pillar «BBC»yə açıqlamasında bildirib.
« Bundan başqa, öz sərhədlərini genişləndirməyə başlayan NATO ilk olaraq Polşa, Çexiya və Macarıstan, ardınca isə Baltikyanı ölkələri öz sıralarına qatdı. Lakin Sovetin tərkibində olmuş bəzi başqa dövlətlər də NATO-ya can atırlar. Moskva isə nə Ukraynanın, nə də Gürcüstanın bu alyansa qəbuluna imkan verməməyə çalışır. Ümumiyyətlə, Rusiya bu vaxta qədər də, Avropanın bu ölkəyə ədalətli yanaşmasını hiss etmyəib».
Bu baxımdan, Pol Pillar burada Rusiyanın «qısqanclığına” da diqqət çəkərək, qərar qəbul etməkdə çətinlik çəkir: bütün bunlar nədən təzahür tapır? Rusiya ilə münasibətlərdə Qərbin ilkin səhvindənmi və ya Gürcüstan, Ukrayna və Suriyada Rusiyanın "həlledici" davranış nümayiş etdirməsindənmi? Təbii ki, Pol Pillari də bu suallara cavab tapmaqda acizdir.
Lakin bütün bunlara baxmayaraq, iki böyük dövlət-Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin bundan sonra necə inkişaf edəcəyi sual olaraq qalır. Sabiq ingilis kəşfiyyatçısı Con Soyersə görə, Rusiya ilə münasibətlərin qaydaya düşə biləcəyi ABŞ-da seçiləcək yeni prezidentin çiyinlərinə düşür. Con Soyersin fikrincə, hazırda Avropa Rusiya ilə münasibətlərin yeni bərpasında hər hansı bir isinmə və ya soyuma axtarışında olmasa da, tərəflər "beynəlxalq sabitliyi təmin etmək" üçün münasibətləri bərpa etməlidirlər. «ABŞ-ın birqütblü dünyasının sonuna isə az qalıb, bəlkə də, artıq bu proses başlayıb» -deyə, Soyers bildirib.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info