Rusiya telekanalı ölkəmiz haqqında reportajlar yayımlayıb
Tarix: 17.10.2016 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Rusiya federasiyanın “Astarxan 24” telekanalında Azərbaycanın turizm imkanları barədə video materiallar yayımlanıb.
Xüsusi reportajlarda Bakı, Gəncə, Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Lənkəran və Mingəçevirin turizm potensialı haqqında ətraflı məlumat verilib. Telekanalda yayımlanan materiallarda bu regionların turizm potensialından, turistlərin diqqətini daha çox cəlb edən tarixi abidələrdən, təbiət mənzərələrindən və turizm obyektlərindən danışılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanının turizm potensialının Rusiyanın “Astarxan 24” kanalı vasitəsilə təbliği” layihəsi çərçivəsində ümumilikdə doqquz reportaj yayımlanıb.
“Astarxan 24” kanalı peyk, kabel şəbəkələri və internet vasitəsilə yayımlanır. Kanal Həştərxan vilayəti kabel operatorlarının şəbəkələrində təmsil olunur. Kanalı kabel yayımından izləyənlərin sayı 200 min nəfərdən çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info